Məhkəmə qərarları › İş №3(061)-116/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-116/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-116/2025 03.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə Zərərçəkmiş şəxs, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1956-cı ildə Goranboy rayonu Şəmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli , evli, əvvəllər 45 saylı seçki məmtəqəsində katib işləmiş, hazırda təqaüdçü, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, Tərtər rayonu Sarov kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Tərtər rayon polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs 05 yanvar 2025-ci il tarixdə saat 13:00 radələrində Tərtər rayon Sarov kəndində Zərərçəkmiş şəxs Ənvər qızını döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun gəlini, Ramil Hacıyev isə onun oğludur. xx.xx.2025-ci il tarixdə özünə məxsus evində həyətini təmizləyərkən həyətdə olan ot presini mal tövləsinin qarşısından götürüb mal tövləsinin arxasına aparanda bir müddət sonra oğlu Ramil və gəlini Nazənin evə gəlmiş ot preslərini niyə tərpətdiyini soruşduqda gəlini Nazənin onu təhqir etmiş, oğlu Ramil isə onu itələyib yerə yıxıb təpikləmişdir. Bundan sonra onu oğlu Ramili əlində olan ağacla vurmuşdur. Gəlini araya girəndə saçından tutub aralamaq istəyəndə əli onun ağız nahiyəsinə dəymişdir. Hazırda məhkəməyə ərizə təqdim edərək hazırda zərərçəkmiş şəxslə hazırda barışdığını bildirmiş, zərərçəkmiş şəxs də ondan şikayətçi deyildir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Məhkəmədən barışmağlarını nəzərə alıb barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini xahiş etmişdir. İnzibati material üzrə Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 05 yanvar 2025-ci il tarixdə saat 13:00 radələrində heyvanlarına ot vermək üçün qaynanası Tünzalənin evinə getmişdir. Mal tövləsi onların həyətlərində olduğu üçün mal tövləsinin qarşısında olan ot bağlamasını qayınanası Tünzalə götürdüyündən onların arasında sözlə mübahisə olan zaman qaynanası onu təhqir etmiş və əlində olan odun parçası ilə onun üz nahiyyəsindən vurmuşdur. Həyat yoldaşı Ramil onun yanında olmuş onlar bir-birlərinə əl-qol atmışlar. Onları aralamışdır. Sonra əri Ramillə birlikdə çıxıb getmişlər. Hazırda məhkəməyə rəsmi ərizə təqdim edərək bildirmişdir ki, Şəxs onun qaynanasıdır, onlar barışmışlar, qaynanasından şikayəti və tələbi yoxdur, qaynanasının da bundan sonra onunla işi olmayacağı təqdirdə onun barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, ailə vəziyyətlərini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir . Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar