Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-117/2025 03.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Goranboy rayonu Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Sarov kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 05 yanvar 2025-ci il tarixdə saat 13:00 radələrində Tərtər rayonu Sarov kəndində Zərərçəkmiş şəxs təhqir etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, şahid ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 05 yanvar 2025-ci il tarixdə saat 13:00 radələrində heyvanlarına ot vermək üçün qaynanası Tünzalənin evinə getmişdir. Mal tövləsi onların həyətlərində olduğu üçün mal tövləsinin qarşısında olan ot bağlamasını qayınanası Tünzalə götürdüyündən onların arasında sözlə mübahisə olan zaman qaynanası onu təhqir etmiş və əlində olan odun parçası ilə onun üz nahiyyəsindən vurmuşdur. Həyat yoldaşı Ramil onun yanında olmuş onlar bir-birlərinə əl-qol atmışlar. Onları aralamışdır. Sonra əri Ramillə birlikdə çıxıb getmişlər. Şəxs eyni zamanda onu nalayiq sözlərlə söydüyündən, o da həmin söyüşləri özünə qaytararaq qızına aid olmasını bildirmişdir. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında inzibati material üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun gəlini, Ramil Hacıyev isə onun oğludur. xx.xx.2025-ci il tarixdə özünə məxsus evində həyətini təmizləyərkən həyətdə olan ot presini mal tövləsinin qarşısından götürüb mal tövləsinin arxasına aparanda bir müddət sonra oğlu Ramil və gəlini Nazənin evə gəlmiş ot preslərini niyə tərpətdiyini soruşduqda gəlini Nazənin onu təhqir etmiş, oğlu Ramil isə onu itələyib yerə yıxıb təpikləmişdir. Bundan sonra onu oğlu Ramili əlində olan ağacla vurmuşdur. Gəlini araya girəndə saçından tutub aralamaq istəyəndə əli onun ağız nahiyəsinə dəymişdir. Hazırda məhkəməyə ərizə təqdim edərək hazırda zərərçəkmiş şəxsdən hazırda şikayətçi olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin rədd olunması haqqında Tərtər rayon Polis Şöbəsinin 09 yanvar 2025-ci il tarixli qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində göstərilən inzibati xətanı, Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinin tərkibi olduğundan onların barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti RPŞ-in İTB-nə həvalə edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı bir daha təsdiq olundu ki, Şəxs 05 yanvar 2025-ci il tarixdə saat 13:00 radələrində Tərtər rayonu Sarov kəndində Zərərçəkmiş şəxs təhqir edərək, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-117/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-117/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver