Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1197/2024 26.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin səlahiyyətli nümayəndəsi X6 iştirakları ilə X7 barəsində qəbul olunmuş 20 aprel 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi X18 tərəfindən qəbul olunmuş 20 aprel 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əasaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi X22 oglu tərəfindən barəsində Azərbaycan Respublikası İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 4000 (dörd min) manat məbləgində cərimə olunmasına dair İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 20 aprel 2023-cü il tarixli, MN ******* №-li qərar çıxarılmışdır. Qeyd olunan qərarda barəsində tətbiq edilmiş inzibati tənbeh qanunsuz və əsassız olmaqla yanaşı həm də ədalətsizdir. Belə ki, qəbul edilmiş qərarda göstərilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur və xx.xx.2023-cü il, D ********** nömrəli müraciətlə idxal olunan qida məhsul partiyası barədə RB qəbul olunmuş xx.xx.2023-cü il tarixli, 145/FN qərarı icra olunmamışdır. Lakin bildirirəm ki, qərarda qeyd olunan hallar həqiqətə uygun deyildir. Belə ki, o, birinci dəfədir ki, eşidib bilmişdir ki, hər hansı bir müəssisənin direktorudur. Bu hansı sənədlə müəyyən edilib, onu bilməmişdir. O, heç həmin müəssisənin yerləşdiyi yeri də bilmir, həmin müəssisədə kimlər işləyir, orda nə istehsal olunur, heç onları da bilmir. O, həmin müəssisədən pul da almamış, Vergi orqanlarına heç bir hesabat da verməmişdir. Kimsə onun sənədindən istifadə edib belə bir maxinasiyaya əl atmışdır. Təxmini bildiyinə görə onun sənədlərindən istifadə edib direktor yazdıran şəxs əslən Neftçala rayonun Mirqurbanlı kəndindən olan X21 ogludur (mobil: **********, **********). Ona görə də hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi X22 oglunun onun adına göndərdiyi protokol və sonra həmin yazılı tələb ona çatdırılmayıb və çatdırılsa belə o, işləmədiyi bir müəssisəyə görə cavabdehlik daşıya bilmədiyini göstərmişdir. Bu inzibati qərarların birinin üstündə yazılmış qeydlərdən görünür ki, qərarın surətini o, deyil, məhz mənim sənədlərindən istifadə edən X21 oglu almışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi X22 oglu isə bu faktları araşdırmadan yalnız yazılı sənədlər əsasında barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 4000 (dörd min) manat məbləgində cərimə olunmasına dair İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 20 aprel 2023-cü il tarixli, MN ******* №-li qərar çıxarılmışdır. Başqa sözlə iş materiallarında onun təqsirini sübuta yetirən heç bir dəlil yoxdur və o, öz təqsirsizliyimi sübuta yetirməyə borclu deyildir. Bununla yanaşı o, qeyd edir ki, inzibati orqan olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi bu faktları araşdırmadan və təqsirini sübuta yetirmədiyi halda Azərbaycan Respublikası İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə) deyil, Azərbaycan Respublikası İXM-in 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə (Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə) qərar çıxara bilərdi ki, həmin maddədə də fiziki şəxslərin əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslərin isə yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslərin isə iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi göstərilmişdir. Bir sözlə onu protokol və qərar yazılan yerə çagırmış olsaydılar onda işin faktiki hallarını və təqsiri olmadıgını əlavə dəlillərlə sübut edə bilərdi. Lakin inzibati orqan olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi X22 oglu heç bir araşdırma aparmadan, onu guya direktoru oldugu iş yerinə çagırmadan barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 4000 (dörd min) manat məbləgində cərimə olunmasına dair İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 20 aprel 2023-cü il tarixli, MN ******* №-li qərar çıxartmışdır ki, qeyd olunan səbəblərə görə həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən ona görə də barəsində Azərbaycan Respublikası Qida X5 Regional bölməsinin rəisi X18 tərəfindən tərtib edilmiş qəbul olunmuş 20 aprel 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətinə əlavə olaraq göstərmişdir ki, onun barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 4000 (dörd min) manat məbləgində cərimə olunmasına dair İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 20 aprel 2023-cü il tarixli, MN ******* №-li qərar çıxarılmışdır. Qeyd olunan qərarda barəsində tətbiq edilmiş inzibati tənbeh qanunsuzdur. Belə ki, yaxını olan bir qadın vasitəsi ilə X11 tanımışdır. Elşən Qasımov ona sosial düzəldəcəyini və bu səbəbdən ona etibarnamə verməli olduğunu bildirmişdir. Bu səbəbdən o, Elşən Qasımova etibarnamə vermişdir. X8 adından aldığı etibarnamə ilə hansı işlər görməsi ilə bağlı məlumatı olmamışdır. Yalnız polis onu çağırdıqda adına vergi borcu olduğunu bilmişdir. Həmin cərimə məbləğindən Elşən Qasımov ümumilikdə 4000 manat ödəmiş, qalan məbləği ödəməmişdir. Onun həmin cərimə məbləği ilə heç bir aidiyyəti olmadığını, qərarın əsassız olduğöunu, ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini bir daha məhkəmədən xahiş etmişdir. Barəsində şikayət verilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin səlahiyyətli nümayəndəsi X9 məhkəmə iclasında göstərmişdir ki, X15 ilə heç bir ədavəti olmamış, barəsində olan inzibati materialla tanış olarkən tanımışdır. Şikayətlə bağlı bildirmişdir ki, idxal fəaliyyəti üzrə Azərbaycan Respublikası Qida Təhlükəsizliyində Dövlət reyestrində qida məhsullarının topdan satış fəaliyyət istiqaməti üzrə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış "xxxx" MMC-in Bakı RB-ə edilmiş xx.xx.2023-cü il tarixli İD ********** və xx.xx.2023-cü il tarixli İD ********** nömrəli müraciətlə ölkə ərazisinə idxal olunmuş 19960 kq və 21350 kq portağal məhsul partiyalarından Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-cim il 609 nömrəli fərmanının Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarının Azərbaycan Respublikasına gətirilmiş və Respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının küçirilməsi və ekspertizanın aparılması qaydalarına uyğun olaraq nümunələr götürülmüşdür. Götürülmüş nümunələrin ekspertizasına dair sınaq protokolunda Azərbaycan Respublikasında aşkar edilməyən karantin tətbiq edilən zərərli orqanizmlərdən olan “Tristeza virus-Sitrus” virusu aşkar edilmişdir. Qanunvericiliyə uyğun olaraq orqanizmlə sirayətlənmiş məhsul partiyasına icrası məcburi aparılmalı olan tədbirlər regional bölmədən Qərarlar qəbul edilmişdir. Tədbirlərin icra edilməməsi barədə MMC-in səlahiyyətli şəxsi X21 oglunun regional bölməyə ünvanladığı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli yazılı izahatları əsasında vəzifəli şəxs barəsində inzibati icraata başlanılmış və İXM-in 544.2-ci maddəsini rəhbətr tutaraq barəsində 4000 manat məbləğində xx.xx.2023-cü il tarixli MN ******* cərimə Qərarı qəbul etmişdir. İdxal-ixrac prosesləri zamanı vəzifəli şəxsin qanunvericiliyin tələblərinə əməl etməməsinə görə ümumilikdə regional bölmədə barəsində 5 (beş) 4000 manat məbləğində şərti qərar, 1(bir) 447.0.4-cü maddə ilə 1500 manat məbləğində tənbeh qərarı qəbul edilmişdir. Borclu vəzifəli şəxs Aynurə Həsrətova cərimə qərarlarından xx.xx.2023-cü il tarixli MN 0005484, xx.xx.2023 tarixli MN ******* və xx.xx.2023 tariaxli MN ******* qərarlarda qeyd olunan məbləğ tam olaraq ödəmişdir. Eyni zamanda icra olunmamış inzibati qərarlar qanunvericiliyə uyğun olaraq məcburi icra hərəkətlərinin tətbiqi məqsədi ilə Tərtər rayon İcra və Probasiya şöbəsinə ünvanlasa da icrası alınmamışdır. X17 əsassız olaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi tərəfindən qəbul olunmuş 20 aprel 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göstərdiklərinə əsasən Aynurə Həsrətovanın şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC adından X3 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ünvanında qeydiyyatda olan X12 etibarnamə verərək "xxxx" MMC-in bütün sənədləşməsi ilə əlaqədar, Azərbaycan Respublikasının bütün Dövlət və qeyri dövlət orqanlarında, Qurum, Təşkilat və İdarələrində, həmçinin Notariat Ofislərində, banklarda, Vergilər Nazirliyinin bütün struktirlarında Asan imza sertifikatı alması, bərpa etməyi, bu sənədlərlə bağlı işləri görməyi, Notariat Kontorlarında adından icarə müqaviləsi bağlaması, "xxxx" MMC-nə aid istənilən arayışı, kodu nəzarətkassa aparatını, post-terminalı almağı, qaytarmağı, bütün işləri rəsmiləşdirməyi, bununla bağlı işləri görməyi və digər sənədləri qəbul etməyi, toplamağı istənilən orqana təhvil verməyi, eləcə də vergi, DSMF ödənişlərini, bütün müvafiq rüsumları, digər xərcləri ödəməyi, ərizə yazmağı banklarda hesab açmağı, valyuta transferini həyata keçirməyi, adından imza etməyi və bu tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar sərəncam verməyi, ipoteka (girov) qoymağı, bağışlamağı, pulunu alınmağı və s. digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin qəbul etdiyi qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə 09 mart 2023-cü il tarixli 85/FN nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC-in xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunmuş 19960 kq portağal məhsul partiyasına qida təhlükəsizliyi sertifikatlarının verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi tərəfindən 11 aprel 2023-cü il tarixdə qəbul edilmiş 145/FN nömrəli qərarın surətindən görünür ki, "xxxx" MMC-in xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunmuş 19960 kq portağal məhsul partiyasının dövriyyəsinin dayandırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi tərəfindən 12 aprel 2023-cü il tarixdə "xxxx" MMCin direktoru X10 barəsində tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokolun təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi "xxxx" MMC-in direktoru X10 xx.xx.2023 İD********** nömrəli müraciətlə idxal olunan və satışı həyata keçirilən qida məhsulu partiyası barədə verilmiş xx.xx.2023-cü il tarixli 1451FN npmrəli qərarın icra olunmaması nətəcəsində Azərbaycan Respublikası İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin tərtib etdiyi inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 20 aprel 2023-cü il tarixli MN ******* saylı qərarın təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi X18 tərəfindən "xxxx" MMC-in direktoru X10 xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciətlə idxal olunan qida məhsulu partiyası barədə RB qəbul olunmuş xx.xx.2023-cü il tarixli 1451FN nömrəli qərarın icra olunmaması nətəcəsində Azərbaycan Respublikası İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Azərbaycan Respublikası İXM-in 116-cı maddəsi rəhbər tutularaq "xxxx" MMC-in direktoru X10 Azərbaycan Respublikası İXM-in 544.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 7 gün müddətin müəyyən olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin Tərtər Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, idxalçı şirkət "xxxx" MMC-in direktoru X4 olaraq ödəniş məbləğini dövlət nəfinə keçirmədiyindən İXM-in 150.7-ci yarımbəndinə əsasən məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədi ilə qərarların surəti Tərtər Rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə, barəsində qərar çıxarılmış şəxsin izahatını, barəsində şikayət verilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin vəkalətli nümayəndəsini dinləyərək və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X7 rəhbərlik etdiyi idxalçı şirkət "xxxx" MMC Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi X18 tərəfindən xx.xx.2023 İD********** nömrəli müraciətlə idxal olunan qida məhsulu partiyası barədə RB qəbul olunmuş xx.xx.2023-cü il tarixli 145/FN geri çağırılma qərarın icra olunmaması nətəcəsində Azərbaycan Respublikası İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Azərbaycan Respublikası İXM-in 116-cı maddəsi rəhbər tutularaq "xxxx" MMC-in direktoru X10 Azərbaycan Respublikası İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 7 gün müddətin müəyyən olunması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Yuxarıda qeyd olunan qanun pozuntusuna görə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi vəzifəli şəxs Aynurə Həsrətova barəsində həmin qərarı qəbul etmişdir. Qərarın qəbul olunmasına səbəb yuxarıda qeyd edildiyi kimi xx.xx.2023 İD********** nömrəli müraciətlə idxal olunan qida məhsulu partiyası barədə RB qəbul olunmuş xx.xx.2023-cü il tarixli 145/FN geri çağırılma qərarın icra olunmaması olmuş, barəsində inzibati protokol tərtib olunmuş və cərimə edilməsi üçün qərar qəbul edilmişdir. Bununla da Aynurə Həsrətova qanun pozuntusuna yol verdiyi üçün onun barəsində tədbir görülmüşdür. Göründüyü kimi Aynurə Həsrətova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. X15 məhkəmə iclası zamanı verdiyi izahatında qanunun tələblərini pozmadığını, X12 etibarnamə verdiyini, həmin şəxsin onun adından göstərilən alqı-satqını həyata keçirdiyini, bu işlərdən məlumatının olmamasını, etibarnaməni həmin şəxsə ona sosial düzəltməsi üçün verdiyini, adına"xxxx" MMC-in açmasından məlumatının olmadığını bildirmişdir. Halbu ki, etibarnamə verilərkən notariat ofisində tam aydın şəkildə elan edlir, tərəflər tanış olur və bundan sonra imzalanır. Məhkəmə iclasında elan olunmuş etibarnamədən görünür ki, Aynurə Həsrətova "xxxx" MMC-in bütün sənədləşməsi ilə əlaqədar, Azərbaycan Respublikasının bütün Dövlət və qeyri dövlət orqanlarında, Qurum, Təşkilat və İdarələrində, həmçinin Notariat Ofislərində, banklarda, Vergilər Nazirliyinin bütün struktirlarında Asan imza sertifikatı alması, bərpa etməyi, bu sənədlərlə bağlı işləri görməyi, Notariat Kontorlarında adından icarə müqaviləsi bağlaması, "xxxx" MMC-nə aid istənilən arayışı, kodu nəzarət-kassa aparatını, post-terminalı almağı, qaytarmağı, bütün işləri rəsmiləşdirməyi, bununla bağlı işləri görməyi və digər sənədləri qəbul etməyi, toplamağı istənilən orqana təhvil verməyi, eləcə də vergi, DSMF ödənişlərini, bütün müvafiq rüsumları, digər xərcləri ödəməyi, ərizə yazmağı banklarda hesab açmağı, valyuta transferini həyata keçirməyi, adından imza etməyi və bu tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar sərəncam verməyi, ipoteka (girov) qoymağı, bağışlamağı, pulunu alınmağı və s. digər hərəkətləri etməyi etibar etmişdir. Məhkəmə X15nın bu barədə bildirdiklərini özünü müdafiə etməsi ilə əlaqələndirir, inzibati məsuliyyətdən, eləcə də cəriməni ödəməkdən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Odur ki, həmin vəsatətin qəbul edilməsini məqsdəmüvafiq hesab etmir. AR İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. AR İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt haqqında qərar olduqda; Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi tərəfindən "xxxx" MMC-in direktoru Aynurə Həsrətova barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edilərkən belə hallar olmamışdır. Məhkəmə iclasında barəsində şikayət verilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin vəkalətli nümayəndəsinin verdiyi dürüst, hərtərəfli izahat və onun təqdim etdiyi məhkəmə iclasında elan olunmuş sənədlər şikayət vermiş şəxsin şikayətində göstərdiklərini tam təkzib etmiş, Aynurə Həsrətovanın verdiyi izahatının doğruluğunu şübhə altına almış, səmimi olmadığını və əsassız olaraq cərimə məbləğini ödəmək üçün məsuliyyətdən yayınmaq məqsədi daşıdığını göstərmişdir. Həmçinin ən əsası şikayətçinin törətdiyi inzibati xəta ölkə başçısının qida təhlükəsizliyi haqqında göstəriş verdiyi tədbirlərin həyata keçirilməsi ilə bağlı mübarizə aparılan bir zamanda həlli vacib olan zəruri məsələlərdəndir. Aynurə Həsrətova barəsində tərtib edilmiş protokolun və qərarın qanunsuz olduğunu göstərsə belə, bu barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmşdir. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması isə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla və məhkəmə iclasında verilmiş izahatlar ilə təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs Aynurə Həsrətovanın təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi tərəfindən tərtib edilmiş 12 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi tərəfindən qəbul olunmuş 20 aprel 2023-cü il tarixli MN ******* saylı qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə tam əməl edilmişdir. Məhkəmə, həmçinin şikayətin dəlillərini araşdırarkən, müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanun norması düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, tərtib olunmuş inzibati xəta haqqında protokolun və qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, X7 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi tərəfindən 20 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X7 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X7 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi X18 tərəfindən qəbul edilmiş 20 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarın ləğv edilməsi və inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi X18 tərəfindən vəzifəli şəxs X10 barəsində qəbul edilmiş 20 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar dəyişdirilmədən saxlansın. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-1197/2024
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1197/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver