Məhkəmə qərarları › İş №3(061)-1208/2024

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1208/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1208/2024 26.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə xx.xx.1983-cü ildə Tərtər rayonu Leninabad kəndində anadan anadan olmuş, Tərtər rayonu Ələsgərli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə icra hakimiyyəti orqanından xüsusi icazə almadan “Vinçester” tipli ******* nömrəli yivsiz ov silahı saxlamış və gəzdirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı olmadan barəsində tərtib olunmuş inzibati protokola baxılması məqsədə müvafiqdir. İş materiallarına əlavə edilmiş 10 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 590.2ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin İTB-nə göndərilməsi, həmin qərardan şikayət verilməsi hüquqları izah olunmuş, toplanmış material saxlanılması üçün Tərtər rayon Polis Şöbəsinin arxivinə verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə icra hakimiyyəti orqanından xüsusi icazə almadan “Vinçester” tipli ******* nömrəli yivsiz ov silahı saxlamış və gəzdirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, törədilmiş xətanın xarakterini, ailə vəziyyətini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Şəxs aşkar edılərək götürülmüş, hazırda Tərtər RPŞ-in saxlanc anbarına təhvil verilmiş bir ədəd “Vinçester” tipli ******* nömrəli yivsiz ov silahı müsadirə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Şəxs aşkar edılərək götürülmüş, hazırda Tərtər RPŞ-in saxlanc anbarına təhvil verilmiş bir ədəd “Vinçester” tipli ******* nömrəli yivsiz ov silahı müsadirə edilsin. Qərarın icrası Tərtər Rayon İcra və Probasiya Şöbəsinə və Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar