Məhkəmə qərarları › İş №3(061)-121/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-121/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-121/2025 09.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Qərarından şikayət edilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin Tərtər Rayon X11 X14 rəis müavini inzibati təcrübə üzrə baş inspektoru X5 iştirakları ilə X4 barəsində qəbul olunmuş qərarın ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin Tərtər Rayon X11 X14 rəis müavini inzibati təcrübə üzrə baş inspektoru X8 tərəfindən barəsində qəbul edilmiş 18 fevral 2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin Tərtər rayon X11 X14 rəis müavini inzibati təcrübə üzrə baş inspektoru X8 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, guya o, xx.xx.2025-ci il tarixdə, saat 12:16-da Tərtər şəhəri, Nizami küçəsi ərazisində “KAMAZ 5511” yatacaqlı yük markalı, 24.BD 296 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunmasına görə ona Azərbaycan Respublikasının İXM-in 329.3-cü və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və buna görə barəsində 400 məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin qərar qanun pozuntusuna yol verilməklə tərtib edildiyi üçün ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Protokol tərtib edilərkən ona lazımi məlumat verilməmiş və protokolun surəti ona təqdim edilməmişdir. Protokolun məzmunundan görünür ki, onun işkili olması barədə hər hansı bir məlumat prorokolda yazılmamışdır. Halbu ki, qərarda onun idarə etdiyi nəqliyyat vasitəsini onun işkili vəziyyətdə olmaqla idarə etməsi göstərilmişdir ki, bu da tam əsassızdır. Belə ki, o, içkili vəziyyətdə avtonəqliyyat vasitəsini idarə etməmişdir. O, tələb etməsinə baxmayaraq sərxoşluq vəziyyətini yoxlamaq üçün həkim yoxlanışına aparılmamışdır. Bu pozuntular barəsində 102 xidmətinə məlumat vermişdir. Göstərdiklərinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin Tərtər Rayon X11 X14 rəis müavini inzibati təcrübə üzrə baş inspektoru X8 tərəfindən barəsində qəbul edilmiş 18 fevral 2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin məsləhətçi iclas katibinin tərtib etdiyi arayışdan görünür ki, Tərtər Rayon Məhkəməsinin icraatına daxil olmuş X3nun barəsində qəbul olunmuş qərarın ləğv edilməsi barədə şikayəti ilə bağlı onun istifadəsində olan 050 510-99-50 nömrəli mobil telefonla əlaqə saxlanılmış və ondan məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə soruşulmuşdur. Şəmil Həsənov hazırda Bakı şəhərində olduğunu, məhkəmə iclasına gələ bilmədiyini, cəriməni ödədiyini, şikayətində israrlı olmadığını, iştirakı olmadan işə baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin Tərtər Rayon X11 X14 rəis müavini inzibati təcrübə üzrə baş inspektoru X13 məhkəmə iclasında şikayətin əsassız olduğunu və təmin olunmamasını xahiş etmişdir. X10 İnşallah ilə ilə heç bir ədavəti olmamış, Tərtər rayon sakini kimi tanımışdır. Belə ki, 17 fevral 2025-ci il tarixdə X7 barəsində tərtib edilmiş İXP ******* nömrəlı inzibati xəta haqqında protokol əsasında onun Azərbaycan Respublikası İXM-in 329.3-cü və 333.1-ci maddələri ilə təqsirləndirilməsininə dair TP ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərarla X7 törətdiyi inzibati xətaya görə 400 manat cərimə edilmişdir. X7 400 manat cəriməni ödəmiş, bununla da məsuliyyəti dərk etmişdir. Odur ki, bununla bağlı müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 12:16-da Tərtər şəhəri, Nizami küçəsi ərazisində “KAMAZ 5511” yatacaqlı yük markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunmasına görə ona Azərbaycan Respublikasının İXM-in 329.3cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 12:16-da Tərtər şəhəri, Nizami küçəsi ərazisində “KAMAZ 5511” yatacaqlı yük markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə saxlanılarkən avtomobili içkili vəziyyətdə idarə etdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin maddələrlə 400 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alkotesterlə yoxlama zamanı aparatdan çıxarılmış nəticə qəbzindən görünür ki, X1 dərəcəsi 2,96 faiz təşkil etmişdir. İş materiallarında olan portaldan çıxarışın surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş cəriməni ödəmişdir. Məhkəmə, qərarından şikayət edilən şəxsin izahatını, X4 fikrini dinləyərək və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, başlanmış icraata xitam verilməlidir. Belə ki, şikayətlə bağlı aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X3 qərarla müəyyən edilmiş 400 manat cəriməni ödəmişdir. Eləcə də Şəmil Həsənovla telefon əlaqəsi saxlanılarkən cəriməni ödədiyini, şikayətində israrlı olmadığını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 53.1-ci maddəsnə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; Məhkəmə, həmçinin müəyyən etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin Tərtər Rayon X11 X14 rəis müavini inzibati təcrübə üzrə baş inspektoru X8 tərəfindən barəsində qəbul edilmiş 18 fevral 2025-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Məhkəmə, həmçinin şikayətin dəlillərini araşdırarkən, müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X3 şikayətində israrlı olmadığından, eləcə də qərarla müəyyən edilmiş 400 manat cəriməni ödədiyindən inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 şikayətində israrlı olmadığından, eləcə də qərarla müəyyən edilmiş 400 ( dörd yüz) manat cəriməni ödədiyindən Azərbaycan Respublikası İXM-nin 53.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilsin. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar