Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-122/2025 05.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X3 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Ağdam rayonunun Şotlanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, DOST MMC-də fəhlə işləyən, Tərtər şəhəri, Yeni qəsəbə, ev 10, mənzil 28-də yaşayan Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında prorokol və ona əlavə edilmiş materiallara 05 mart 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsiundən daxil olmuş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:15 radələrində Tərtər şəhəri, Yeni qəsəbə ərazisində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 izahatında bildirmişdir ki, Tərtər şəhəri, Yeni qəsəbə ərazisində polis sahə rəisi vəzifəsində işləyir. Qəsəbə sakini Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 09:22 radələrində DİN-nin 102 xidmətinə zəng edərək həmin qəsəbbə saakini Şəxs tərəfindən təhqir olunduğunu bildirmişdir. Onun şikayəti əsasında Tərtər rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs həmin protokolla tanış olmuş, protokolla razılaşaraq heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. Əvvəlki məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, Tərtər şəhəri, Yeni qəsəbə, ev 10, mənzil 28-də yaşayır. Həmin qəsəbədə kirayədə yaşayan dostu Mahir ona zəng edərək, Qəsəbənin MKİS-nin rəisi Bakir Qurbanov tərəfindən mənzildən çıxarılmaq istənildiyini bildirdiyi üçün xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Bakir Qurbanovun qəbuluna gedərək ondan Mahirgili çıxarmamasını xahiş etmişdir. Bakir Qurbanov onu pis qarşılamış “nə qədər əlimdən xəta çıxmayıb çıx get, şərəfsiz” demişdir. O, da cavabında Bakir Qurbanova “şərəfsiz sənsən” demişdir. Həmin vaxt ümumiyyətlə Hicranı orada görməmiş, nə də ki, Hicranın ünvanına söyüş söyməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Tərtər şəhəri, Yeni qəsəbənin MKİS-nin sahə nəzarətçisi vəzifəsində işləyir. Tərtər şəhəri, Yeni qəsəbə, ev 8, mənzil 30 Səbinə adlı şəxsin istifadəsinə verilmişdir. Lakin Səbinə özü orada yaşamayaraq Xumay adlı başqa bir şəxsi həmin mənzilə qanunsuz buraxmışdır. Ona görə də Səbinəyə bildiriş verilərək, xəbərdar edilmişdir ki, “ya mənzildə yaşa, ya da mənzildən çıxarılmağınız barədə məhkəməyə müraciət ediləcəkdir”. Buna görə Şəxs xx.xx.2025-ci il tarixdə saat 09 radələrində MKİS-nin rəisi Bakir Qurbanovun qəbuluna gələrək mübahisə etməyə başlamışdır. Səs-küy eşitdikləri üçün dərhal bütün işçilər, o cümlədən, o, Bakir Qurbanovun otağına getmiş və X1 hədələyini və nalayiq söyüşlər söydüyünü görmüşlər. Həmin vaxt Firdovsi onun da ünvanına deyiləsi mümkün olmayan nalayiq ifadələr işlətmişdir. Bu barədə akt tərtib edərək Tərtər rayon Polis Şöbəsinə təqdim etmişlər. Ona görə də Şəxsun cəzalandırmasını məhkəmədən xahiş edir. Sonrakı məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, əslində həmin vaxt əsəbi olduğu üçün ona qarşı iddia olunan hərəkətləri həqiqətən etmişdir. Hazırda hərəkətlərindən peşimandır. Özü İİ qrup Qarabağ əlilidir. Üzürlü hesab edilməsini məhkəmədən xahiş edir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:15 radələrində Tərtər şəhəri, Yeni qəsəbə ərazisində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. İşdə olan Ağdam rayon ƏSMM tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş 036679 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs İİ qrup Qarabağ əlilidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, inzibati xəta törətmiş şəxs və zərərçəkmiş şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:15 radələrində Tərtər şəhəri, Yeni qəsəbə ərazisində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati xəta törətmiş şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə töfsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, İİ qrup Qarabağ əlili olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61- 80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz Məhkəmə qeyd etməyi lazım bilir ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən əmək qabiliyyətinin 81-100 faiz itirilməsi əvvəlki birinci, 61-80 faiz itirilməsi əvvəlki ikinci, 31-60 faiz itirilməsi isə əvvəlki üçüncü dərəcə kimi qiymətləndirilir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və ona 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №3(061)-122/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-122/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver