Məhkəmə qərarları › İş №3(061)-125/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-125/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-125/2025 24.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Ağdam rayonu Sotlanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, İİİ qrup əlil, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Ağdərə şəhərində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus **-ON-*** dövlət qeydiyyat nömrə nişanlı Niva markalı avtomobili ilə tanışı Qasımzadə Orucla birlikdə Ağdərə şəhər ərazisinə gəzməyə getmişlər. Ağdərə şəhərində polis əməkdaşları onlara yaxınlaşıb onlardan portallarının olub-olmamasını soruşmuşlar. O, da portalının olmadığını bildirmişdir. Polis əməkdaşları onları Tərtər Rayon Polis Şöbəsinə dəvət etmişlər. O ilkin olaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmət etdiyi Ağdərə şəhərində olan zaman Ağdərə şəhərinin mərkəzində hərəkdə olan **- ON-*** dövlət qeydiyyat nömrə nişanlı Niva markalı avtomobili saxlamışlar. Avtomobildə olan iki nəfər şəxsin icazə portalını yoxlamaq üçün sənədləri istəmişlər. Onlar öz növbəsində icazə portalının olmadığını bildirmişlər. İşğaldan azad olunmuş Ağdərə rayonuna hansı yolla gəldiklərini soruşduqda “sən bilməzsən hansı yolla gəlmişik” deyə cavab vermişlər. Həmin şəxsləri Tərtər Rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxslər rayon Polis Şöbəsinə getmək istəmədiklərini bildirərək öz narazılıqlarını bildirmişlər. Dəfələrlə həmin şəxsləri nizam-intizama dəvət etsələrdə onlar polisin qanuni tələbinə tabe olmamışlar. Həmin şəxsləri Rayon Polis Şöbəsinə gətirmişlər. Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, Şəxs yalnız barəsində protokol tərtib etdiyi vaxt tanımışdır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi olmamışdır. Barəsində protokol tərtib etdiyi zaman Şəxs səmimi etiraf etmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus **-ON-*** dövlət qeydiyyat nömrə nişanlı Niva markalı avtomobili ilə tanışı Qasımzadə Orucla birlikdə Ağdərə şəhər ərazisinə gəzməyə getmişlər. Ağdərə şəhərində polis əməkdaşları onlara yaxınlaşıb onlardan portallarının olub-olmamasını soruşmuşlar. O, da portalının olmadığını bildirmişdir. Polis əməkdaşları onları Tərtər Rayon Polis Şöbəsinə dəvət etmişlər. O ilkin olaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Ağdərə şəhərində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin, yəni polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması əməlinin törədilməsində təqsiri tam sübuta yetirilir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində toplanılmış materiallar Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs xx.xx.2025-ci il saat 15:30-dan inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 200 manat cərimə inzibati tənbehi azaldılaraq cərimənin məbləği 100 (yüz) manat müəyən edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar