Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1283/2024 26.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 vəkalətli nümayəndəsi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin səlahiyyətli nümayəndəsi X5 iştirakları ilə X2 Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Qida X1 Regional bölməsinindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə X2 Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Qida X1 Regional bölməsinindən inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanında fəaliyyət göstərən “Şəhriyar” marketdə xx.xx.2024-cü il-xx.xx.2024-cü il tarixi aralığında plandankənar (növbədənkənar) yoxlama aparılması nəzərdə tutulsa da, sahibkarın və yaxud səlahiyyətli nümayəndəsinin yoxlamanın keçirilməsinə şərait yaratmadığı üçün yoxlama aparılması mümkün olmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə “Şəhriyar” marketin yerləşdiyi qeyd olunan ünvanında törədilmişdir. Bununla da, “Şəhriyar” market tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də 16 oktyabr 2024-cü il tarixdə “Şəhriyar” marketinin rəhbərliyi barəsində MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 vəkalətli nümayəndəsi X7 məhkəmə iclasında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə atasının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Tərtər rayon Azadqaraqoyunlu kəndində yerləşən “Şəhriyar” marketdə olarkən Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin əməkdaşları obyektə gələrək yoxlama keçirəcəklərini bildirmişlər. Bu barədə atasına zəng etmiş, atası xəstə olduğu üçün gələ bilməyəcəyini və yoxlamanın başqa vaxta keçirilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin əməkdaşları yenidən yoxlama aparmaq üçün gəlmiş, lakin atası yenə obyektdə olmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin əməkdaşları bu barədə əvvəlcə akt və sonra MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişlər. Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin əməkdaşları obyektdə yoxlama aparılmasına etiraz etmədiklərini və inzibati protokolla razı olmadıqlarını bildirmişdir. İş materiallarına əlavə edilmiş 18 noyabr 2022-ci il tarixli AR-İİ 754685 saylı etibarnamənin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 (oğlu) X4 etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin səlahiyyətli nümayəndəsi X8 məhkəmə iclasında göstərmişdir ki, Azərbaycan Respublikası Qida X1 Regional bölməsi tərəfindən fiziki şəxs Şəxs məxsus olan Tərtər rayonu Azadqaraqoyunlu kəndində yerləşən “Şəhriyar” marketdə xx.xx.2024-cü il tarixi arasında növbədənkənar yoxlama aparılması nəzərdə tutulsa da, sahibkarın və yaxud səlahiyyətli nümayəndəsinin yoxlamanın keçirilməsinə şərait yaratmadığı üçün yoxlama aparılması mümkün olmamışdır. Növbədənkənar yoxlamanın aparılması üçün əsas -insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması, və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması olmuşdur. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin əməkdaşları Tərtər rayon Azadqaraqoyunlu kəndində yerləşən “Şəhriyar” marketdə yoxlama aparılması məqsədi ilə obyektdə olarkən sahibkarın olmadığı müəyyən edilmişdir. Həmin vaxt obyektdə olan sahibkarın oğlu atası ilə əlaqə saxlamış, yoxlamanın onun iştirakı ilə aparılmasını və bu məqsədlə səhəri gün obyektdə olacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə əməkdaşlar yoxlama aparmaq üçün yenidən Tərtər rayon Azadqaraqoyunlu kəndində yerləşən “Şəhriyar” marketdə olarkən obyektin sahibinin olmadığını müəyyən edilmiş, bununla da o, obyektdə yoxlamanın keçirilməsinə maneçilik törətmişdir. Bu səbəbdən Şəxs barəsində MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişlər. Protokolun qanunamüvafiq qaydada tərtib edildiyini və təmin olunmasını xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin xx.xx.2024-cü il tarixli QRB-432/2024 saylı yoxlamanın aparılması haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, fiziki şəxs (VOEN-**********) Şəxs işlətdiyi Tərtər rayon Azadqaraqoyunlu kəndində yerləşən “Şəhriyar” marketdə plandankənar yoxlama aparılması xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək başa çatması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin əməkdaşları X12 və məsləhətçi X11, Tərtər rayon Azadqaraqoyunlu kəndində yerləşən “Şəhriyar” marketin sahibinin oğlu X3 iştirakları ilə xx.xx.2024-cü il tarixdə Tərtər rayon Azadqaraqoyunlu kəndində tərtib olunmuş aktın surətindən görünür ki, Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin əməkdaşları tərəfindən Tərtər rayon Azadqaraqoyunlu kəndində yerləşən “Şəhriyar” marketə QRB-432 nömrəli Qərarın həmçinin KY242196201 Çıxarışa əsasən plandankənar yoxlama aparılması üçün daxil olmuşdur. Sahibkarın oğlu X7 atasının sabahki, xx.xx.2024-cü il tarixdə marketdə olacağını bildirmişdir. İştirakçılar aktın doğruluğunu təsdiq etmişlər. İşdə olan Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin əməkdaşları X12 və məsləhətçi X11, Tərtər rayon Azadqaraqoyunlu kəndində yerləşən “Şəhriyar” marketin sahibinin oğlu X3 iştirakları ilə xx.xx.2024-cü il tarixdə Tərtər rayon Azadqaraqoyunlu kəndində tərtib olunmuş aktın surətindən görünür ki, Tərtər rayon Azadqaraqoyunlu kəndində yerləşən “Şəhriyar” marketə xx.xx.2024-cü il tarixli QRB-432 nömrəli Qərara, həmçinin xx.xx.2024-cü il tarixli KY242196201 nömrəli Çıxarışa əsasən plandankənar yoxlama aparılması məqsədi ilə marketə daxil olmuşlar. xx.xx.2024-cü il tarixində tərəflərindən 11-12 radələrində marketə yaxınlaşmışlar. Market sahibinin oğlu X7 onlara bildirmişdir ki, atası xx.xx.2024-cü il tarixində yoxlamanın aparılması üçün marketdə olacaqdır. Həmçinin xx.xx.2024-cü il tarixdə marketdə yoxlama aparılması məqsədi ilə yenidən yaxınlaşmışlar və sahibinin oğlu atasının burda olmadığını bildirmişdir. Bununla da sahibkarın yoxlamanın aparılmasına maneçilik törətməsi müəyyən olunmuşdur. İştirakçılar aktın doğruluğunu təsdiq etmişlər. İşdə olan 16 oktyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, sahibkar tərəfindən yoxlamanın keçirilməsinə şərait yaradılmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinəndə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin 16 oktyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində tərtib ounmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd olunan sənədlərdən aydın olur ki, Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin əməkdaşları Tərtər rayon Azadqaraqoyunlu kəndində yerləşən “Şəhriyar” marketə xx.xx.2024-cü il tarixli QRB-432 nömrəli Qərara, həmçinin xx.xx.2024-cü il tarixli KY242196201 nömrəli Çıxarışa əsasən plandankənar yoxlama aparılması məqsədi ilə xx.xx.2024-cü il tarixində 11-12 radələrində yaxınlaşmışlar. Market sahibinin oğlu X7 onlara bildirmişdir ki, atası xx.xx.2024-cü il tarixində yoxlamanın aparılması üçün marketdə olacaqdır. Həmçinin xx.xx.2024-cü il tarixdə marketdə yoxlama aparılması məqsədi ilə yenidən yaxınlaşmışlar və sahibinin oğlu atasının burda olmadığını bildirmişdir. Bununla da sahibkarın yoxlamanın aparılmasına maneçilik törətməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə- fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğində cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə olunmuş sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin əməkdaşları Tərtər rayon Azadqaraqoyunlu kəndində yerləşən “Şəhriyar” marketə xx.xx.2024-cü il tarixli QRB-432 nömrəli Qərara, həmçinin xx.xx.2024-cü il tarixli KY242196201 nömrəli Çıxarışa əsasən plandankənar yoxlama aparılması məqsədi ilə xx.xx.2024-cü il tarixində 11-12 radələrində yaxınlaşmış, market sahibinin oğlu X7 onlara atası xx.xx.2024-cü il tarixində yoxlamanın aparılması üçün marketdə olacağını bildirmiş, xx.xx.2024-cü il tarixdə marketdə yoxlama aparılması məqsədi ilə Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin əməkdaşları yenidən yaxınlaşarkən market sahibinin oğlu atasının burda olmadığını bildirmiş, bununla da sahibkar yoxlamanın aparılmasına maneçilik törətmişdir. Məhkəmədə elan olunmuş aktlarla bu hallar öz təsdiqini tapmışdır. Göstərilənlər Tərtər rayon Azadqaraqoyunlu kəndində yerləşən “Şəhriyar” marketin sahibi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Tərtər rayon Azadqaraqoyunlu kəndində yerləşən “Şəhriyar” marketin sahibi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Tərtər rayon Azadqaraqoyunlu kəndində yerləşən “Şəhriyar” marketin sahibi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 3000 (üç min) manat miqdarında inzibati cərimə edilsin. Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-1283/2024
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1283/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver