Məhkəmə qərarları › İş №3(061)-1304/2024

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1304/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1304/2024 25.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə X3 barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24270688 nömrəli qərarın ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024cü il tarixli, EQ 24270688 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. İş materiallarından görünür ki, Zakir İmanquliyevə əvvəlki məhkəmə iclası ilə bağlı SMS bildiriş almış, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Kamaz 551 yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Hacıqabul-Horadiz yokunda hərəkt edərkən haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi əsasında, 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xəttinin tələbinə riayət etməməsi iddiası ilə DYP tərəfindən EQ 24270688 nömrəli elektron protokol tərtib edilmiş, 100 manat və 3 bal cərimə tətbiq edilmişdir. Bu protokol ilə razılaşmayaraq bildirmişdir ki, elektron protokola əlavə edilmiş şəkillərdən də göründüyü kimi həmin vaxt magistral yolda, onun idarə etdiyi nəqliyyat vasitəsinin önündə kənd təsərrüfatı texnikası olan traktor hərəkətdə olmuşdur.Traktor saatda 10 -20 km surətlə hərəkət edərək magistral yolu dayanma həddinə çatdırmışdır. Belə vəziyyətdə magistral yolda hərəkət dayanmalı olmuşdur. Yaxud bütün magistral bir traktorun ardınca sıraya düzülməli olmuşdur. Halbu ki, DYP-in istinad etdiyi İnzibati Xətalar Məcəlləsinin istinad etdiyi 327-ci maddənin 5-ci bəndində göstərilmişdir ki, avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə yüz manat məbləğində cərimə edilir. Göstərdiklərinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24270688 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində şikayət verilmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli EQ 24270688 saylı X9 haqqında elektron qərarın surətindən görünür ki, Hacıqabul-Horadiz yolunun 98,5 km-də xx.xx.2024-cü il tarix saat 18-04-də X3 idarə etdiyi “Kamaz 5511 yük” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11. üfiqi nişanlanma xəttlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş imzibati xətanı törətməsi müəyyən edilmiş, bu səbəbdən onun 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin X10 Web Portalından çıxarılmış fotoşəkillərdən görünür ki, Hacıqabul-Horadiz yolunun 98,5 km-də xx.xx.2024-cü il tarix saat 18-04-də X3 idarə etdiyi “Kamaz 5511 yük” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11. üfiqi nişanlanma xəttlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməsi təsvir edilmişdir. Məhkəmə, barəsində qərar çıxarılmış şəxsin şikayətini və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə, iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Hacıqabul-Horadiz yolunun 98,5 km-də xx.xx.2024-cü il tarix saat 18-04-də X3 idarə etdiyi “Kamaz 5511 yük” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11. üfiqi nişanlanma xəttlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməsi səbəbindən onun barəsində Azərbaycan Respublikası 327.2-ci maddəsində nəzərdə tutulmuş X9 haqqında qərar qəbul edilərək 100 manat cərimə edilmişdir. X3 Azərbaycan Respublikası 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şikayətə əlavə edilmiş fotoşəkillərdə də əks edilmişdir. Göründüyü kimi X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. X3 qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsin tərəfindən tərtib olunmuş protokol və qəbul edilmiş qərar qəbul edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Məhkəmə, həmçinin şikayətin dəlillərini araşdırarkən, müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24270688 nömrəli X9 Haqqında Qərar əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24270688 nömrəli X9 Haqqında Qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24270688 nömrəli X9 Haqqında Qərar dəyişdirilmədən saxlansın. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar