Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1308/2024 21.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə Zərərçəkmiş şəxs, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Tərtər rayonun Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ailəli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, İİ qrup əlil, Tərtər rayonu Qapanlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Tərtər rayon polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 15 sentyabr 2024-cü il tarixdə saat 06 radələrində yaşadığı Tərtər rayonu Qapanlı kəndində fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərmişdir ki, 15 sentyabr 2024-cü il tarixdə saat 06 radələrində Tərtər rayon Qapanlı kəndində yaşadıqları fərdi yaşayış evlərində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı ona atdığı stəkan kürəyindən dəymişdir. Məhkəməyə ərizə təqdim edərək hazırda zərərçəkmiş şəxslə barışıb mehriban ailə kimi yaşadığını bildirmiş, zərərçəkmiş şəxs də ondan şikayətçi deyildir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Məhkəmədən barışmağlarını nəzərə alıb barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini xahiş etmişdir. İnzibati material üzrə Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, həqiqətən də 15 sentyabr 2024-cü il tarixdə saat 06 radələrində Tərtər rayon Qapanlı kəndində yaşadıqları fərdi yaşayış evlərində həyat yoldaşı Şəxs ilə aralarında olan mübahisə zamanı ona atdığı stəkan kürəyindən dəymişdir. Nəticədə xəsarət almışdır, ona görə də ərindən şikayət etmişdir. Məhkəməyə rəsmi ərizə təqdim edərək bildirmişdir ki, əri Şəxs ondan üzr istədiyindən onlar barışıb mehriban ailə kimi bir yerdə yaşayırlar. Hazırda əri Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ərizəsində göstərdiklərini nəzərə alıb Şəxs barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, ailə vəziyyətlərini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir . Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-1308/2024
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1308/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver