Məhkəmə qərarları › İş №3(061)-131/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-131/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-131/2025 25.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 24 fevral 2025-ci il tarixdə saat 20:10 radələrində Tərtər RPŞ-in inizibati binasında uca səslə danışaraq və hərəkətlərini davam etdirərək, RPŞ-in iş ahəngini pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, barəsində edilmiş şikayətlə bağlı Tərtər RPŞ-nə gəlmişdir. Onu iki ay bundan əvvəl olmuş hadisə ilə bağlı onu təkrar polis şöbəsinə əsassız dəvət etdiklərindən əsəbləşərək, RPŞ-in inzibati binasında uca səslə etirazını bildirərək, ictimai qaydanı pozmuşdur. Polis Şöbəsində yazdığı izahatını təsdiq edir. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olmasını bildirmiş, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati material üzrə protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs barəsində protokol tərtib etdiyi vaxtdan tanıyır. Onunla qohumluğu, ədavəti qərəzi və düşmənçiliyi yoxdur. Şəxs barəsində protokol tərtib edilən vaxtı və izahatı alınan zaman Şəxs özü səmimi etiraf etmişdir ki, barəsində edilmiş şikayətlə bağlı Tərtər RPŞ-nə gəlmişdir. Onu iki ay bundan əvvəl olmuş hadisə ilə bağlı onu təkrar polis şöbəsinə əsassız dəvət etdiklərindən əsəbləşərək, RPŞ-in inzibati binasında uca səslə etirazını bildirərək, ictimai qaydanı pozmuşdur. Polis Şöbəsində yazdığı izahatını təsdiq edir. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olmasını bildirmişdir. Özü də bu hadisənin şahidi olmuşdur. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 24 fevral 2025-ci il tarixdə saat 20:10 radələrində Tərtər RPŞ-in inizibati binasında uca səslə danışaraq və hərəkətlərini davam etdirərək, RPŞ-in iş ahəngini pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarında olan 24 fevral 2025-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 fevral 2025-cü il tarixdə saat 21:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 04 (dörd) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 24 fevral 2025-ci il tarixdən saat 21:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar