Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1317/2024 25.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Tərtər rayonu Ağkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər şəhəri R.Mürsəlov küçəsində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 00:10 radələrində Tərtər RPŞ-in inzibati binasında və yaşadığı ünvanda uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, şahid ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 24 noyabr 2024-cü il tarixdə həyat yoldaşının ad günüsü olmuşdur. Həmin vaxtı o spirtli içki qəbul etmişdir, onun spritli içki qəbul etməsinə ailə üzvləri həmişə etiraz etmişlər. Hər dəfə o spirtli içki qəbul etdikdə evlərində sözlə mübahisələr yaranır və sonuncu dəfə həyat yoldaşının içki içməməsini ona bildirəndə onunla mübahisə etmiş və daha sonra DİN 102 xidmətinə qaynatası ilə bağlı müraciət etmişdir, həmin vaxt yaşadığı ünvana yaxınlaşan polis əməkdaşlarının yanında uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu RPŞ-nə gətirmişlər. O əsəbi halda olduğundan RPŞ-in inzibati binasında da uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Əməlindən peşman olmasını bildirmiş, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati material üzrə şahid qismindən dindirilən Anar İsmayıllı izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə əməliyyat istintaq qrupunda olan zaman daxil olmuş 102 məlumatına əsasən Tərtər şəhəri R.Mürsəlov küçəsində yaşayan Şəxs yaşadığı ünvanda olmuş onu ərizə və izahat verməsi üçün RPŞ-nə dəvət edən zaman Şəxs uca səslə nalayiq ifadələr işlətməyə başlamış, buna baxmayaraq Şəxs izahatı alınması üçün RPŞ-nə dəvət olunmuşdur. İzahatının alınması üçün RPŞ-nə gətirilən Şəxs Tərtər RPŞ-in inzibati binasında da uca səslə danışmış və ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 00:10 radələrində Tərtər RPŞ-in inzibati binasında və yaşadığı ünvanda uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 05 (beş) günmüddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 25 noyabr 2024-cü il tarixdən saat 00:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtəre rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-1317/2024
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1317/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver