Məhkəmə qərarları › İş №3(061)-1346/2024

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1346/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1346/2024 27.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Seydimli kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 26 noyabr 2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Tərtər RPŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, şahid ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 26 noyabr 2024-cü il tarixdə polis əməkdaşları onun fərdi yaşayış evinə gələrək onu RPŞ-nə dəvət etmək istəmişlər, həmin vaxt o evdə olmamışdır. Daha sonra axşam saatlarında Tərtər RPŞ-nə yaxınlaşmışdır. Polis şöbəsinin icraatında olan materialla bağlı onun izahatını almaq istədikdə o, əsəbləşərək uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Əməlindən peşman olmasını bildirmiş, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati material üzrə şahid qismindən dindirilən Nihal Qaraşov izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə icraatında olan materialla əlaqədar olaraq Tərtər rayon Seydimli kəndində yaşayan Şəxs tərəfindən izahatı alınması üçün RPŞ-nə dəvət olunmuşdur. İzahat vermək üçün gələn Şəxs Tərtər RPŞ-in inzibati binasında yüksək səslə danışmış və ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 26 noyabr 2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Tərtər RPŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 05 (beş) günmüddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 26 noyabr 2024-cü il tarixdən saat 20:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtəre rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar