Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1359/2024 29.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə zərərçəkmiş şəxslər X1 və Tağıyeva İntizar Əfəndi qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1973-cü ildə Tərtər rayonu Bəyimsarov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, Tərtər rayonu Bəyimsarov kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 13:41 radələrində Tərtər rayonu Bəyimsarov kəndində Ayşən Tağıyevanı və İntizar Tağıyevanı təhqir etmiş və RPŞ-nə dəvət olunan zaman RPŞ-in iş ahəngini pozmaqla xırda xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 28 noyabr 2024-cü il tarixdə içkili halda evə gələn zaman arvadı və qızı ona irad bildirmişlər. O da özündə olmadığı üçün onları nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Buna baxmayaraq arvadına və qızına hədə qorxu gəlməmiş, içkili olduğundan onları nalayiq formada təhqir etmişdir. Məhkəmə iclasındsa iştirak edən inzibati material üzrə zərərçəkmiş şəxs X2 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Natiq evə sərxoş vəziyyətdə gəlib, onunla və xəstə qızı ilə münaqişə yaradıb, onları nalayiq formada uca səslə təhqir etdikdən sonra bıçağı götürüb heyvanları doğrayacağını bildirdikdə qızı Ayşən qorxaraq DİN-in 102 xidmətinə o və qızı tərəfindən məlumat vermişlər. Məhkəmə iclasındsa iştirak edən inzibati material üzrə zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə atası Natiq evə sərxoş vəziyyətdə gəlib, onunla və anası ilə münaqişə yaradıb, onları nalayiq formada uca səslə təhqir etdikdən sonra bıçağı götürüb heyvanları doğrayacağını bildirdikdə o qorxaraq DİN-in 102 xidmətinə o və anası tərəfindən məlumat vermişlər. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 13:41 radələrində Tərtər rayonu Bəyimsarov kəndində Ayşən Tağıyevanı və İntizar Tağıyevanı təhqir etmiş və RPŞ-nə dəvət olunan zaman RPŞ-in iş ahəngini pozmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 05 (beş) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 28 noyabr 2024-cü il tarixdən saat 16:28-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-1359/2024
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1359/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver