Məhkəmə qərarları › İş №3(061)-1371/2024

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1371/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1371/2024 16.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 14 sentyabr 2022-ci il tarixli Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs 14 sentyabr 2022-ci ildə ölmüşdür. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün qərarın icraatına xitam verilməlidir. Belə ki, işdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi əsasında EQ 21829969 saylı protokol tərtib edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati cərimə edilməsi barədə qərar qəbul edilsə də, hazırda məhkəməyə təqdim edilmiş sənədlərə görə şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə hakim qərarın icraasına xitam verir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən şəxsin inzibati məsuiyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş hakim qərarın icrasına xitam verir. Məhkəmə hesab edir ki, Şəxs vəfat etdiyinə görə iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 145-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan iş üzrə icraata Şəxs vəfat etdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar