Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1378/2024 02.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İcra sənədi üzrə tələbkar Məmmədova (Əhmədova) Sevinc Şahin qızının, Tərtər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştrakı ilə, xx.xx.1961-ci ildə Tərtər rayonun Balakəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, X6 İdarəsində Elektrik işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Balakəngərli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inbzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli 2(061)-1377/2015 saylı icra sənədinə əsasən tələbkar X2, uşaqları 13 mart 2000-ci il tarixdə doğulmuş X3 və 29 mart 2014-cü il tarixdə doğulmuş X4 ilə birlikdə cavabdehə məxsus Tərtər rayonunun Balakəngərli kəndində 0,72 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 96 kv.m ümumi və yardımçı sahələrdən ibarət olan fərdi yaşayış evinə köçürülməli, köçürülən şəxslərin digər istifadəçilərlə eyni bərabərdə yardımçı sahələrdən, habelə mənzilməişət və kommunal xidmətlərdən birgə istifadə etmələri təmin olunmalıdır. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Tərtər Rayon Məhkəməsinin 14 oktyabr 2015ci il tarixli 2(061)-1377/2015 saylı icra sənədinə əsasən tələbkar X2, uşaqları 13 mart 2000-ci il tarixdə doğulmuş X3 və 29 mart 2014-cü il tarixdə doğulmuş X4 ilə birlikdə cavabdehə məxsus Tərtər rayonunun Balakəngərli kəndində 0,72 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 96 kv.m ümumi və yardımçı sahələrdən ibarət olan fərdi yaşayış evinə köçürülməli, köçürülən şəxslərin digər istifadəçilərlə eyni bərabərdə yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərdən birgə istifadə etmələri təmin olunmalıdır. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Borclu icra sənədinin icrası ilə əlaqədar Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, icra sənədinin tələblərinə məhəl qoymaraq borcunu ödəməkdən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Borclu Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o üzərinə düşən öhdəliyi ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borcunu ödəməmişdir. Borclu Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və Şəxs haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İcra sənədi üzrə tələbkar Məmmədova (Əhmədova) Sevinc Şahin qızı məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli 2(061)-1377/2015 saylı icra sənədinə əsasən o və uşaqları 13 mart 2000-ci il tarixdə doğulmuş X3 və 29 mart 2014-cü il tarixdə doğulmuş X4 ilə birlikdə cavabdehə məxsus Tərtər rayonunun Balakəngərli kəndində 0,72 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 96 kv.m ümumi və yardımçı sahələrdən ibarət olan fərdi yaşayış evinə köçürülməli, köçürülən şəxslərin digər istifadəçilərlə eyni bərabərdə yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərdən birgə istifadə etmələri təmin olunmalıdır. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. İcra sənədinin icra olunmasını xahiş edir. Şəxs şikayətçidir, barəsində cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli 2(061)-1377/2015 saylı icra sənədinə əsasən tələbkar X2, uşaqları 13 mart 2000-ci il tarixdə doğulmuş X3 və 29 mart 2014-cü il tarixdə doğulmuş X4 ilə birlikdə ona məxsus Tərtər rayonunun Balakəngərli kəndində 0,72 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 96 kv.m ümumi və yardımçı sahələrdən ibarət olan fərdi yaşayış evinə köçürülməli, köçürülən şəxslərin digər istifadəçilərlə eyni bərabərdə yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərdən birgə istifadə etmələri təmin olunmalıdır. O qısa müddət ərzində mübahisəli evdə icra sənədinə əsasən yaşadıqdan sonra demək olar ki, könüllü çıxıb getmişdir. Əşyalarının yerləşdiyi bir otağın açarı özündədir. İstədiyi vaxt gəlib getmişdir. Bələ də 10 ilə yaxın müddətdir o bir gündə gəlib orada yaşamamışdır. Hazırki, şəraitdə onun gəlib Şəxs ilə bir yerdə yaşaması mümkün olmaz, çünki aralarında mütəmmadi mübahisələr baş verə bilər. Məhkəmədən onun barəsində inzibati cərimə tənbeh növü təyin edilməsini xahiş etmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Şəxs Tərtər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 oktyabr 2015-ci il tarixli 2(061)-1377/2015 saylı icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin Qərarın icrası Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-1378/2024
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1378/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver