Məhkəmə qərarları › İş №3(061)-1391/2024

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1391/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1391/2024 04.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Tərtər rayonu İrəvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, İİ qrup əlil, Tərtər rayonu İrəvanlı kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 03 dekabr 2024-cü il tarixdə saat 16:20 radələrində Tərtər rayon İcra Hakimiyyətinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, şahid ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 03 dekabr 2024-cü il tarixdə saat 16:20 radələrində Tərtər rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Hazırda əməlindən səmimi peşmançılıq çəkir. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən onun İİ qrup əlil olmasını əməlindən peşman olmasını nəzərə alıb aşağı həddə cərimə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs eyni zamanda onu da qeyd etmişdir ki, həmin vaxtı bir az içkili olmuşdur. İş vaxtı İcra Hakimiyyətinin binasında uca səslə pozulmuş hüquqların bərpa olunmasını istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında göstərmişdir ki, həqiqətən də Şəxs 03 dekabr 2024-cü il tarixdə saat 16:20 radələrində Tərtər rayon İcra Hakimiyyətinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında 03 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 03 dekabr 2024-cü il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı bir daha təsdiq olundu ki, Şəxs 03 dekabr 2024-cü il tarixdə saat 16:20 radələrində Tərtər rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar