Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1394/2024 10.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Tərtər rayonu Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Təzəkənd kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inbzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-1218/2024 saylı icra sənədinə əsasən borclu X6 1 uşağın saxlanması üçün hər ay 150 manat aliment tutularaq X2 verilməlidir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 1218/2024 saylı icra sənədinə əsasən borclu kimi ondan 1 uşağın saxlanması üçün hər ay 150 manat aliment tutularaq X2 verilməlidir. O, məhkəmə iclası zamanı bildirmişdir ki, alimenti ödəməkdən yayınmamışdır. İmkanı olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir. Hal hazırda 600 manat aliment borcunu tam şəkildə ödədiyini bildirmişdir. Odur ki, barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etmişdir. Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-1218/2024 saylı icra sənədinə əsasən borclu X6 1 uşağın saxlanması üçün hər ay 150 manat aliment tutularaq X2 verilməlidir. Hazırda borclu Şəxs aliment borcunu tam şəkildə ödədiyini bildirmişdir. Məhkəmədən Şəxs barəsində müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan “Million” elektron ödəmə sisteminin qəbzindən görünür ki, Şəxs X1 hesabına 600 manat pul köçürmüşdür. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması halları müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və onun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-1394/2024
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1394/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver