Məhkəmə qərarları › İş №3(061)-1398/2024

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1398/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1398/2024 10.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Hacıqərvənd kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Tərtər RPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Tərtər şəhəri E.Səfərov küçəsində Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Tərtər rayonu Hacıqərvənd kəndində yaşamaqla fərdi işlə məşğul olur. Zərərçəkmiş şəxs ilə 5 il qeyri-rəsmi münasibəti olmuşdur. Onunla nədə ki, yaxınları ilə arasında əvvəllər ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2024-cü il tarixdə tanışları Saqi və Elməddin adlı şəxslə Xan bağı restoranında görüşüb bir qədər həmin yerdə oturduqdan sonra saat 23 radələrində adlarını qeyd etdiyi şəxslərlə birlikdə çay içmək üçün Tərtər şəhəri Nizami küçəsi ərazisində yerləşən “Qrand” kafeyə getmişlər. Həmin vaxt kafedə bir neçə müştəri, kafeni işlədən Məleykə və ondan başqa iki nəfər Kafe işçisi olmuşdur. Kafeyə daxil olduqdan sonra Məleykə onlara yaxınlaşıb görüşdükdən sonra nə istədiklərini soruşan zaman ondan kofe istədiyini, lakin Məleykənin ona kofe olmadığını bildirmişdir. Çay içəcəklərini deyib masaya əyləşmişlər. Masada əyləşdikdən sonra ofisiantın yaxınlaşıb nə istədiklərini soruşan zaman ona kofe olmadığı üçün çay gətirməsini bildirmişdir. Ofisiant isə cavabında kofe olduğunu deyib bir neçə dəqiqə sonra da onlara kofe gətirmişdir. Daha sonra Məleykəni əyləşdikləri masaya dəvət edən zaman kofe olduğu halda niyə onlara kofe yoxdur deməsinin səbəbini soruşan zaman Məleykənin əli ilə onu itələyib “yeri get burdan” demiş onun əlini uzadan vaxtı əlini tutub aşağı eləmiş, həmin vaxt Məleykənin əsəbləşib qışqırmağa başlayanda onu kafedən çıxarmağa başlamışdır. Sonra isə kafeyə birlikdə gəldiyi tanışları ilə birlikdə uzaqlaşıb getmişdir. Bir qədər sonra isə Məleykənin onun barəsində şikayət etməsini bildirmişdir. Həmin vaxtı içkili olduğundan özünü idarə edə bilməmişdir. Hazırda zərərçəkmiş şəxsdən üzr istəyir. Ona dəymiş ziyanlığı da gələcəkdə ödəyəcəyinə söz verir. Himayəsində üç azyaşlı uşaqları vardır. Əməlinə görə vicdan əzabı çəkir, səmimi peşmançılığını bildirmişdir. Məhkəmədən onun barəsində yüngül inzibati cərimə tənbeh növü təyin edilməsini xahiş etmişdir. İnzibati material üzrə Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Tərtər şəhəri Nizami küçəsində yerləşən “Qrand” kafedə olan Rəşad adlı şəxsin kafeyə daxil olub ona yaxınlaşmış, Rəşad əli ilə burnundan tutub sıxmağa başlamış, o səbəbdən də ona iradını bildirib etdiyi hərəkətləri sonlandırmasını istəmişdir. Daha sonra o uzaqlaşıb stolda əyləşmişdir. Özü isə bir qədər kənara gedib başqa stolda əyləşmişdir. Davamında Rəşad adlı şəxsin yaxınlaşıb saçından tutmağa başlamış, ondan saçını buraxmasını istəyən zaman Rəşad saçını buraxıb sağ əlindən tutub barmaqlarını əli ilə sıxıb burmağa başlamışdır. Həmin vaxt kafedə olan tanışlarının ona iradını bildirdikdən sonra uzaqlaşıb getmişdir. Rəşad getdikdən sonra Tərtər RPŞ-yə yaxınlaşıb ərizə ilə müraciət etmişdir, xəsarəti olduğu üçün MTE-dən keçmək istəməsini bildirmişdir. Zərərçəkmiş şəxs eyni zamanda onu da bildirmişdir ki, Rəşad onun barmaqlarını sıxdığına görə barmaqları şişmiş, barmağında olan üzüyünü doğramaqla çıxartmışlar. Hazırda həmin üzüyü sıradan çıxmışdır. Ona görə də ona vurulmuş ziyanlığı tələb edir. Ona vurulmuş ziyanlıq ödəniləcəyi təqdirdə onunla barışacaq, ondan şikayət və tələbi olmayacaq və barəsində olan işin icraatına xitam verilməsini xahiş edəcəkdir. Əks halda onun barəsində ciddi tədbir görülməsini istəmişdir. İş materiallarında olan 04 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan sonuncu barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Araşdırma zamanı MTE-nın xx.xx.2024-cü il tarixli 335 saylı rəydə Zərərçəkmiş şəxs barmağının dıraq falanqasının arxa səthinin qançırı küt əşyanın təsinrindən törənmişdir, də dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri olmaqla həmin xəsarətlər xx.xx.2024-cü il tarixdə yerinə yetirilə bilərdi. İşdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta törədənin ailə vəziyyətini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Tərtər şəhəri E.Səfərov küçəsində Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını və inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar