Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1402/2024 13.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Balakəngərli kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Tərtər RPŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, şahid ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, o yaşadığı ünvandan ailə üzvlərinə məxsus qızıl əşyalarını geri qaytarmaq məqsədi ilə Güvənli kredit adlı banka qoyaraq pul götürmüş və bundan ailə üzvləri onun barəsində şikayət etmişdir. Barəsində olan şikayətlə bağlı polis əməkdaşları onu Rayon Polis Şöbəsinə dəvət etmişdir. Rayon Polis Şöbəsində o barəsində edilmiş haqsız müraciətdən əsəbləşərək Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Bu vaxt polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər və qanunsuz əməllərinə son qoymağını ondan tələb etmişlər. Ancaq o çox əsəbi olduğundan özündən asılı olmayaraq təkrar olaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olmasını bildirmiş, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati material üzrə şahid qismindən dindirilən X3 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Tərtər rayon Balakəngərli kəndində yaşayan Şəxs yaşadığı ünvandan edilmiş oğurluqda şübhəli bilinərək tərəflərindən Rayon Polis Şöbəsinə dəvət edilən zaman Şəxs Rayon Polis Şöbəsinin inzibati binasına daxil olarkən gətirilməsinə kobud şəkildə öz etirazını bildirərək uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Tərəflərindən Şəxs dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq Şəxs öz qanunsuz əməllərini davam etdirərək təkrar olaraq ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, inzibati protokol onun tərəfindən tərtib olunmuşdur. Tərtib etdiyi inzibati protokolu qanuni və əssaslı hesab etmişdir. Belə ki, Şəxs polis əməkdaşları tərəfindən Tərtər Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Şəxs Rayon Polis Şöbəsinin inzibati binasına daxil olarkən gətirilməsinə kobud şəkildə öz etirazını bildirərək uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları Şəxs dəfələrlə nizam-intizama dəvət etməsinə baxmayaraq Şəxs öz qanunsuz əməllərini davam etdirərək təkrar olaraq ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Tərtər RPŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir.. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 08 (səkkiz) günmüddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 12 dekabr 2024-cü il tarixdən saat 23:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-1402/2024
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1402/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver