Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1404/2024 13.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudun oğlunun katibliyi, Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(011)- 1505/2024 saylı icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 2 uşağın saxlanılması üçün hər ay 470 manat sabit pul məbləğində aliment ödəməli olduğu halda ödəməmiş, ümumilikdə 2350 manat borcu yaranmışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(011)-1505/2024 saylı icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 2 uşağın saxlanılması üçün hər ay 470 manat sabit pul məbləğində aliment ödəməli olduğu halda ödəməmiş, ümumilikdə 2350 manat borcu yaranmışdır. Borclu Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o üzərinə düşən öhdəliyi ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borcunu ödəməmişdir. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(011)-1505/2024 saylı icra sənədinə əsasən o 2 uşağın saxlanılması üçün hər ay 470 manat sabit pul məbləğində aliment ödəməli olduğu halda ödəməmiş, ümumilikdə 1250 manat borcu yaranmışdır. İmkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Borclu Şəxs eyni zamanda onu da qeyd etmişdir ki, məhkəmə tərəfindən icra sənədinin icrasının təmin olunması üçün şərait yaratmaqla məhkəmə iclasının təxirə salacağı təqdirdə belə yaranmış borcunu tam şəkildə ödəyə bilməyəcəkdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(011)-1505/2024 saylı icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 17 dekabr 2011-ci il təvəllüdlü X3 və 10 yanvar 2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X4 xeyrinə hər ay 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(061)-94/2024 saylı qərardadının surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1505/2024 saylı icra sənədinə əsasən, ünvan 3 ünvanında yaşayan Şəxs məcburi olaraq Tərtər rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan bildiriş və xəbərdarlıqın təsdiq olunmuş surətlərindən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(011)-1505/2024 saylı icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 2 uşağın saxlanılması üçün hər ay 470 manat sabit pul məbləğində aliment ödəməli ödəməli olduğu halda ödəməmiş, ümumilikdə 2350 manat borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə «həbs» inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 13 dekabr 2024-cü il tarixdən saat 16:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-1404/2024
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1404/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver