Məhkəmə qərarları › İş №3(061)-1415/2024

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1415/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1415/2024 24.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudun oğlunun katibliyi, Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə himayəsində azyaşlı uşaqları olmayan, əvvəllər məhkum olunmuş, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Evoğlu kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2018-ci il tarixli 2(060)-5636/2018 saylı icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 1 uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment ödəməli olduğu halda ödəməmiş, ümumilikdə 10972 manat borcu yaranmışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2018-ci il tarixli 2(060)-5636/2018 saylı icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 1 uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment ödəməli olduğu halda ödəməmiş, ümumilikdə 10972 manat borcu yaranmışdır. Borclu Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o üzərinə düşən öhdəliyi ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borcunu ödəməmişdir. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə borclu Şəxs izahatında göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2018-ci il tarixli 2(060)-5636/2018 saylı icra sənədinə əsasən o 1 uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment ödəməli olduğu halda ödəməmiş, ümumilikdə 10972 manat borcu yaranmışdır. İmkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2018-ci il tarixli 2(060)- 5636/2018 saylı icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, Şəxs hər ay 154 manat sabit pul məbləğində aliment tutulub xx.xx.2016-cı il tarixdə doğulmuş X6 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü, Xankəndi şəhərində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan bildiriş və xəbərdarlıqın təsdiq olunmuş surətlərindən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2018-ci il tarixli 2(060)- 5636/2018 saylı icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 1 uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment ödəməli ödəməli olduğu halda ödəməmiş, ümumilikdə 10972 manat borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə «həbs» inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 24 dekabr 2024-cü il tarixdən saat 17:25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar