Məhkəmə qərarları › İş №3(061)-1420/2024

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1420/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1420/2024 28.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Tərtər Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə danışaraq şöbənin iş ahəngini pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, şahid ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Tərtər rayon ərazisində baş vermiş oğurluqda şübhəli olduğuna görə polis əməkdaşları onu Rayon Polis Şöbəsinə dəvət etmişlər. O Rayon Polis Polis Şöbəsinin inzibati binasında uca səslə danışaraq şöbənin iş ahəngini pozmuşdur. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olmasını bildirmiş, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati material üzrə şahid qismindən dindirilən X1 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 14:00 radələrində Tərtər rayon ərazisində oğurluq hadisəsi ilə bağlı şübhəli bilindiyi üçün Bərdə rayon sakini Şəxs tərəflərindən Rayon Polis Şöbəsinə gətirildikdə Şəxs Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək, şöbənin iş ahəngini pozmuşdur. Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Tərtər Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə danışaraq şöbənin iş ahəngini pozmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 05 (beş) günmüddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 28 dekabr 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar