Məhkəmə qərarları › İş №3(061)-149/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-149/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-149/2025 19.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X5 qızının katibliyi Şikayət verən X1 iştirakı ilə, X1 Göranboy rayon Polis Şöbəsinin YPX-nin inspektotu X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TR ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə 19 mart 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göranboy rayon Polis Şöbəsinin YPX-nin inspektotu X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TR ******* saylı inzibati xəta haqqında qərara əsasən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunması qərara alınmışdır. X2 məhkəməyə şikayət verərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TR ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilərək sübutların təqdim edilməsi və nümayəndəsinin iştirakı xahiş olunsa da, Göranboy rayon Polis Şöbəsinin YPX-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə hər hanssı bir məlumat verməmiş, nə də ki, şikayətin rədd olunma bilməsi üçün sübutlarını məhkəməyə göndərməmişdir. Məhkəmə işə Göranboy rayon Polis Şöbəsinin YPX-nin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində idarə etdiyi “Mersedes Benz F 200 CDİ” minik markalı **- CO-*** dövlət qeydiyyat nişanlı avtomobilllə Goranboy rayonu Goran-Tərtər yolunun 5-ci km-də, Gəncə istiqamətdə hərəkətdə olarkən qarşıda hərəkət edən avtomobil aşağı surətlə hərəkət edərək yolun sağ hissəsinə çıxdığından qarşı hərəkət zolağına çıxmadan öz yolu hərəkət edib həmin avtomobili keçmişdir. Bu zaman Goranboy rayon Polis Şöbəsinin YPX-nin əməkdaşı onu saxlayaraq yol hərəkəti qaydasını pozduğunu bildirərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında isə xx.xx.2025-ci il tarixli, TR ******* saylı inzibati xəta haqqında qərar qəbul edərək ona 100 manat cərimə yazılmışdır. Əgər, o, qarşı hərəkət zolağına keçməklə qoşa xətti tapdamış olsaydı barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib oluna bilərdi. Lakin, o, nə qarşı hərəkət zolağına keçməmiş, nə də ki, qoşa xətti tapdamamışdır. Onun ötmə əməliyatı apardığı yerdə qırıq-qırıq xəttlər olmuşdur. Tələb etsə də yol polis əməkdaşları bu barədə ona görüntü təqdim etməmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, 1994-cü ildən sürücülük hüququ vardır. Həmin vaxtdan avtomobil idarə edir. X3 Moskva şəhərinə öz avtomobili ilə gedib-gəlir. Bu müddət ərzində bir dəfə də olsun yol hərəkəti qaydasını pozmağa görə məsuliyyətə cəlb olunmamışdır. Hesab edir ki, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TR ******* saylı inzibati xəta haqqında qərar qanunsuz və əsassızdır. Ona görə də Göranboy rayon Polis Şöbəsinin YPX-nin inspektotu X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TR ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan Göranboy rayon Polis Şöbəsinin YPX-nin inspektotu X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TR ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində idarə etdiyi “Mersedes Benz F 200 CDİ” minik markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilllə Goranboy rayonu Goran-Tərtər yolunun 5-ci km-də hərəkəttdə olarkən yol hərəkəti qaydalarını pozmaqda təqsirli bilinmiş və ona Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat cərimə inzibati tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.https://www.e-qanun.az/framework/46960 Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı şikayət verən şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilən iş materialları ilə müəyyən olundu ki, Göranboy rayon Polis Şöbəsinin YPX-nin inspektotu X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TR ******* saylı inzibati xəta haqqında qərara əsasən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunması qərara alınmışdır. X2 həmin qərarla razılaşmayaraq şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesinin gedişində Göranboy rayon Polis Şöbəsinə sorğu verilməsinə və məhkəmə iclasının təxirə salınmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nə də ki, inzibati məsuliyyətə cəlb olunan X1 təqsirli olması barədə şübutları (hadisənin video görüntüsünü və s.) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət nəzərdə tutulur. İş materiallarında X2 tərəfindən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməsinə, yaxud maneəni kənardan keçməsinə dair hər hansı sübut yoxdur. İş üzrə sübutetmə vəzifəsi inzibati orqanın üzərinə düşsə də, onlar X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini sübuta yetirə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı şikayət verən şəxs X1 izahatları ilə müəyyən olunmuşdur ki, o, həmin vaxt ötmə əməliyyatı edərkən nə qarşı hərəkət zolağına keçməmiş, nə də ki, qoşa xətti tapdamamışdır. Ötmə əməliyyatının həyata keçirildiyi yerdə isə qırıq-qırıq xətlər olmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 100 manat məbləğində cərimə tətbiq edilir. İşin yuxarıda müəyyən olunmuş hallarından göründüyü kimi X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməmişdir və onun hərəkətində inzibati xəta hadisəsi, o cümlədən İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi yoxdur. Onun sözügedən inzibati xətanın törədilməsində təqsirliliyi məhhkəmə iclasında sübuta yetirilməmişdir. Ona görə də, o, həmin maddə ilə hüquqi məsuliyyətə cəlb oluna bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 53.1, 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda hər hansı şəxs barəsində inzibati xətalar haqqında işlər başlanıla bilməz, başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 129.1 və 129.1.3-cü maddələrin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayəti verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını tədqiq edərək, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 hərəkətində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından onun həmin maddə ilə təqsirləndirilməsinə dair Göranboy rayon Polis Şöbəsinin YPX-nin inspektotu X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TR ******* saylı inzibati xəta haqqında qərar qanunsuzdur. Ona görə də həmin qərar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutatarq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilənərək 100 manat məbləğində inzibati cərimə edilməsi barədə Göranboy rayon Polis Şöbəsinin YPX-nin inspektotu X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TR ******* saylı inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar