Məhkəmə qərarları › İş №3(061)-16/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-16/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-16/2025 14.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində Tərtər şəhəri H.Aslanov küçəsində yaşayan Şəxs hal-hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı X3 məxsus HUNDAİ İ30 **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnaməsiz və sürücülük hüququ olmadan Tərtər şəhər E.Hüseynov küçəsində idarə edən zaman idarə etməni itirərək yolun kənarında dayanmış X2 idarə etdiyi Xəzər markalı **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vuraraq ona 4280 manat məbləğində maddi ziyan, bundan sonra isə həmin yerdə dayanıqlı vəziyyətdə olan Abışov Ülvİ Tiflis oğluna məxsus VAZ-21015 markalı **-VF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili də vuraraq ona 4105 manat məbləğində maddi ziyanlıq vurmuşdur.Hadisə nəticəsində Abışov Ülvİ Tiflis oğluna məxsus VAZ 21015 markalı **-VF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində sərnişin kimi əyləşmiş X1 aşıq-baldır oynağının küt travması, hərəkət məhdudluğu, sol ayağın aşıq-baldır oynağınınarxa səthinin qançırı və sıyrıqları ilə müşayət olunan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Eeldəniz oğlu göstərmişdir ki, Tərtər şəhəri H.Aslanov küçəsində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Hal-hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı X3 məxsus Hunday A 30 markalı **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində Tərtər şəhər E.Hüseynov küçəsi ilə hərəkətdə olan zaman idarə etməni itirib yolun sağ tərəfində dayanmış Xəzər markalı **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vurmuş, sonra isə həmin yerdə dayanmış VAZ 21015 markalı **-VF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili də vurmuşdur. Yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Polis əməkdaşları avtomobilləri Tərtər RPŞ-in duracağına yerləşdirmişlər. Avtomobli idarə edərkən sürücülük hüququ və digər sənədləri olmamışdır. Hadisə zamanı avtomobildə tək olmuşdur, xəsarət almamışdır. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində Tərtər şəhəri H.Aslanov küçəsində yaşayan Şəxs hal-hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı X3 məxsus HUNDAİ İ30 **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnaməsiz və sürücülük hüququ olmadan Tərtər şəhər E.Hüseynov küçəsində idarə edən zaman idarə etməni itirərək yolun kənarında dayanmış X2 idarə etdiyi Xəzər markalı **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vuraraq ona 4280 manat məbləğində maddi ziyan, bundan sonra isə həmin yerdə dayanıqlı vəziyyətdə olan Abışov Ülvİ Tiflis oğluna məxsus VAZ-21015 markalı **-VF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili də vuraraq ona 4105 manat məbləğində maddi ziyanlıq vurmuşdur.Hadisə nəticəsində Abışov Ülvİ Tiflis oğluna məxsus VAZ 21015 markalı **-VF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində sərnişin kimi əyləşmiş X1 aşıq-baldır oynağının küt travması, hərəkət məhdudluğu, sol ayağın aşıq-baldır oynağınınarxa səthinin qançırı və sıyrıqları ilə müşayət olunan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı və işdə olan digər sənədlərlə bir daha təsdiq olunur. İş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəlləninn 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə göstərilən halları nəzərə alıb, Şəxs barəsində daha ciddi inzibati tənbeh nəzərdə tutulan İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 500(beş yüz) manat cərimə inzibati tənbehinin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar