Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-164/2025 28.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X2 qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Tərtər rayonununda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Tərtər rayonun Ağkənd kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətta haqqında protokol və ona əlavə edilmiş materiallara 28 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-cü il tarixdə Tərtər rayon Ağkənd kənd ərazisində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs Zahid qızına sillə vuraraq ona sağlamlığa zərər vurmayan və dərərcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Tərtər rayon Ağkənd kənd ərazisinin sahə rəisi vəzifəsində xidmət edir. Şəxs xx.xx.2025-cü il tarixdə Tərtər rayon Ağkənd kənd ərazisində keçmiş heyat yoldaşı Zərərçəkmiş şəxs Zahid qızına sillə vuraraq xəsarət yetirməsi ilə əlaqədar təhqiqat bbölməsində aparılmış araşdırma materialında cinayət tərkibi olmadığı üçün xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Tərtər rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında inzibati xətaya dair protokol tərtib etmişdir. Şəxs həmin protokolla razılaşaraq heç bir qeyd vermədən protokolu imzalamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, Tərtər rayonunun Ağkənd kəndində yaşayır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Zahid qızı onun keçmiş həyat yoldaşıdır. xx.xx.2025-ci il tarixdə Aynurla şəxsi münasibət zəminində mübahisələri olmuşdur. Mübahisə zamanı əsəbləşib Aynura sillə vurmuşdur. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxslərlə barışmışlar. Ona görə də barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Zahid qızı məhkəmə iclasında izahatında bildirmişdir ki, Tərtər rayonunun Ağkənd kəndində yaşayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun keçmiş həyat yoldaşıdır. xx.xx.2025-ci il tarixdə Surətlə aralarında şəxsi münasibət zəminində mübahisə olmuşdur. Mübahisə zamanı Surət əli ilə ona sifət nahiyyəsindən sillə vurub xəsarət yetirmişdir. Hazırda Şəxs bağışlayır, ona qarşı şikayəti və tələbi yoxdur və işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işi başlanmasının rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati tədbir görülməsi üçün qərarın surətinin Tərtər RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, material üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 14 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs Zahid qızının müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ almacıq nahiyyəsinin qançırı küt əşyanın təsirindən törənmiş və dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri olmaqla həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə yerinə yetirilə bilərdi. İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tərtər rayon Ağkənd kənd ərazisində Zərərçəkmiş şəxs Zahid qızını sillə vuraraq xəsarət yetirmişdir. İşdə olan məhkəmə iclasında Zərərçəkmiş şəxs Zahid qızı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs Zahid qızı ilə barışmışdır, ona görə də barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Zahid qızının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qarşılıqlı şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tərtər rayon Ağkənd kəndi ərazisində Zərərçəkmiş şəxs Zahid qızını sillə ilə vurması məhkəmə iclasında tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan onun əməlini düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə də onun əməlini Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə töfsif edir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə görə İXM-nin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin barışmalarını, zərərçəkmiş şəxsin inzibati xəta törədən şəxsə qarşı şikayət və tələbinin olmaması, tərəflərin işin icraatına xitam verilməsi barədə xahişlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, məhkəmə iclaslarından dərhal azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114.1.4, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(061)-164/2025 saylı işin icraatına xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №3(061)-164/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-164/2025
28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver