Məhkəmə qərarları › İş №3(061)-17/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-17/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-17/2025 28.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Tərtər rayonun Mamırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Mamırlı kəndində yaşayan Şəxs barəsində X4 daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsi ilə olan materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə sürücülük hüququ olmadan etibarnamə əsasında sərxoş halda idarə etdiyi VAZ 2101 markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Tərtər şəhəri Nizami küçəsi ərazisindən keçən asfaslt beton örtüklü yol ilə hərəkdə olarkən idarə etməni itirərək əks hərəkət istiqamətinə çıxmış nəticədə əks hərəkət istiqamətində yolun kənarında dayanmış Tərtər rayonu Yenikənd kənd sakini X2 istifadəsində olan VAZ 2106 markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə nəticəsində VAZ 2106 markalı avtomobil irəli gedərək yolun kənarında dayanmış Tərtər şəhəri R.Abbasov küçəsində yaşayan X1 istifadəsində olan VAZ 2107 markalı **-SP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM- 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı. Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta haqqında material üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı kənddə tanışları ilə birlikdə kafedə əyləşib spirtli içki qəbul edib, yaşadığı evə gəlib Tərtər şəhərində yerləşən iş yerinə getmək üçün atasına məxsus VAZ 2101 markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərək Tərtər şəhəri Nizami küçəsi ərazisindən keçən asfaslt beton örtüklü yol ilə hərəkdə olarkən idarə etməni itirərək əks hərəkət istiqamətinə çıxmış nəticədə əks hərəkət istiqamətində yolun kənarında dayanmış Tərtər rayonu Yenikənd kənd sakini X2 istifadəsində olan VAZ 2106 markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə nəticəsində VAZ 2106 markalı avtomobil irəli gedərək yolun kənarında dayanmış Tərtər şəhəri R.Abbasov küçəsində yaşayan X1 istifadəsində olan VAZ 2107 markalı **-SP-*** dövlət qeydiyyat nömrə niuşanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Əməlindən peşman olmasını bildirmiş və məhkəmədən barəsində yüngül inzibati cərimə tənbeh növü təyin olunmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə sürücülük hüququ olmadan etibarnamə əsasında sərxoş halda idarə etdiyi VAZ 2101 markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Tərtər şəhəri Nizami küçəsi ərazisindən keçən asfaslt beton örtüklü yol ilə hərəkdə olarkən idarə etməni itirərək əks hərəkət istiqamətinə çıxmış nəticədə əks hərəkət istiqamətində yolun kənarında dayanmış Tərtər rayonu Yenikənd kənd sakini X2 istifadəsində olan VAZ 2106 markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə nəticəsində VAZ 2106 markalı avtomobil irəli gedərək yolun kənarında dayanmış Tərtər şəhəri R.Abbasov küçəsində yaşayan X1 istifadəsində olan VAZ 2107 markalı **-SP-*** dövlət qeydiyyat nömrə niuşanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə digər avtomobildə olan vətəndaşlar xəsarət almış və avtomobilə ziyanlıq yetirmişdir. İXM-in 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31-34, 106-115-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar