Məhkəmə qərarları › İş №3(061)-18/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-18/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-18/2025 28.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol üzrə zərərçəkən şəxs X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1959-cu ildə Tərtər rayonu Balakəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, işləməyən, ailəli, deməsinə görə inzibati qaydada həbs olmamış, məhkum olmamış, Tərtər rayonu Balakəngərli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 25 noyabr 2024-cü il tarixdə Tərtər rayonu Sarov kəndində yaşayan X5 etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı **-NJ-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Tərtər Goranboy avtomobil yolunun Tərtər rayonun Cəmilli kəndi ərazisindən keçən asfalt yol ilə hərəkətdə olan zaman Tərtər rayonu Balakəngərli kənd sakini Şəxs məxsus bir (rəst)atını nəzarətsiz qoyulması səbəbindən qeyd olunan bir (rəst) at asfalt yoluna çıxmış və nəticədə X5 etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı **-NJ-*** qeydiyyat nömrə nişanlı minik avtomobili ilə həmin bir (rəst) atı vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş inzibati xəta haqqında material üzrə göstərmişdir ki, Tərtər rayonun Balakəngərli kəndində ailəsi ilə birlikdə yaşayır. Ona məxsus bir (rəst) atını həmişə pay torpaq sahəsində bağlamış, lakin gecələr öz evinin həyətinə aparmamışdır, atı daimi olaraq orada bağlı vəziyyətdə qalmışdır. xx.xx.2024-cü il tarixdə isə at kəndirini qırmış və yola qaçmışdır, nəticədə avtomaşın onu vuraraq ölmüşdür. Həmin vaxt avtomobil əzilmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisə ilə bağlı cinayət işi açılmış, lakin əməlində cinayət tərkibi olmadığından barəsində inzibati protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Maddi və ailə vəziyyətini nəzərə alınaraq məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol üzrə zərərçəkən şəxs X5 məhkəmə iclası zamanı göstərmişdir ki, 25 noyabr 2024-cü il tarixdə Tərtər şəhərində yaşadığı Sarov kəndinə gedən zaman hava qaranlıq olduğundan saatda 40-50 km sürətlə hava şəraitinin yağışlı vaxtında Tərtər rayon Cəmilli kənd ayrıcında 1 (rəst) atın onun qarşısına çıxdığını görmüş, lakin məsafə yaxın olduğu üçün maşını saxlaya bilməmiş və nəticədə 1(rəst) atı vurmuşdur. Həmin vaxt idarə etdiyi avtomaşını yolun kənarına çəkmiş, atın öldüyünü, yaşayış yeri olmadığı üçün atın sahibini tapa bilməmişdir. Bu barədə polisə məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gələrək, hadisə yerinə baxış keçirmiş, sənədləşdirmişlər. Onun günahsız olduğu və hadisə nəticəsində ona 1497 manat ziyanlıq dəyməsi aydın olmuşdir. Hazırda ona dəymiş 1497 manat ziyanlığın günahkar şəxs olan Şəxs tərəfindən ödənilməsini tələb edir. Tərtər Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Tərtər Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Tərtər rayon X3 Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 27 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs barəsində xx.xx.2024-cü il tarixdə DYPB-in əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsinə əsasən İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 25 noyabr 2024-cü il tarixdə Tərtər rayonu Sarov kəndində yaşayan X5 etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı **-NJ-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Tərtər Goranboy avtomobil yolunun Tərtər rayonun Cəmilli kəndi ərazisindən keçən asfalt yol ilə hərəkətdə olan zaman Tərtər rayonu Balakəngərli kənd sakini Şəxs məxsus bir (rəst)atını nəzarətsiz qoyulması səbəbindən qeyd olunan bir (rəst) at asfalt yoluna çıxmış və nəticədə X5 etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı **-NJ-*** qeydiyyat nömrə nişanlı minik avtomobili ilə həmin bir (rəst) atı vurmuş, nəticədə zərərçəkən şəxs X4 idarə etdiyi “VAZ 2107” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, törədilmiş xətanın xarakterini, ailə vəziyyətini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar