Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-2/2024 18.01.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi Şəxs iştirakı ilə, Şəxs barəsində Tərtər Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 3(061)-694/2021 saylı qərarının icraatına xitam verilməsi barədə ərizəsini (vəsatətini) nəzərdən keçirib məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Şəxs ərizə ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Tərtər Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 3(061)-694/2021 saylı qərarının icraatına xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Şəxs məhkəmə iclası zamanı göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 3(061)-694/2021 nömrəli qərarına əsasən o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Qərarın icrası Yevlax 7 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. O cəriməni tam ödəmişdir. Eyni zamanda Şəxs bildirişdir ki, sürüclük vəsiqəsi həmişə özündə olmuşdur. Sürücülük vəsiqəsini heç bir yerə təqdim etməmişdir. Odur ki, onun barəsində olan Tərtər Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 3(061)- 694/2021 saylı qərarının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış, şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərar onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. İş materiallarında olan elektron portalın çıxarışından görünür ki, Şəxs EQ ******* saylı protokol üzrə xx.xx.2023-cü il tarixdə 80 manat, EQ ******* saylı protokol üzrə xx.xx.2023-cü il tarixdə 80 manat, EQ ******* saylı protokol üzrə xx.xx.2023-cü il tarixdə 80 manat, EQ ******* saylı protokol üzrə xx.xx.2023-cü il tarixdə 64 manat, EQ ******* saylı protokol üzrə xx.xx.2022-ci il tarixdə 64 manat və EQ ******* saylı protokol üzrə xx.xx.2022-ci il tarixdə 80 manat inzibati cəriməni ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin 1-ci qeydinə əsasən 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 152.1-ci maddəsinə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Azərbaycan Respublikası İXM-nin 153.2-ci maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2-152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Lakin Şəxs xüsusi hüququnu məhdudlaşdıran sənədin-sürücülük vəsiqəsinin ondan götürülməsi və ya təhvil verilib-verilməməsi iş materiallarından görünmür. Eləcə də Şəxs özü bildirmişdir ki, ondan sürücülük vəsiqəsi tələb edilməmiş, həmin vəsiqə özündə qalmışdır. Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməsinə görə nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Sözügedən qanunvericilik normalarının dispozisiya şərtlərindən görünür ki, qanunverici burada inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edilənədək və ya icra müddətində, lakin nəqliyyat vasitələrini idarə etmə hüququnun müəyyən müddətə məhdudlaşdırılması barədə qərarın icrası başa çatanadək olan müddətdə inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunun ödənildiyi təqdirdə qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilməsini nəzərdə tutmuşdur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İXM-nin 106,111-115, 117-118ci və 152.5-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R V E R D İ: xx.xx.1949-cu il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Tərtər Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 3(061)-694/2021 saylı qərarının icrasına xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-2/2024
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-2/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver