Məhkəmə qərarları › İş №3(061)-243/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-243/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-243/2025 11.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Tərtər rayonu Həsənqaya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, İİ-ci qrup əlil, Tərtər rayonu Həsənqaya kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində işğaldan azad olunmuş Ağdərə rayonu ərazisində onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 10 mart 2025-ci il tarixdə saat təxminən 18 radələrində idarə etdiyi VAZ 2101 markalı, **-BE- *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla işğaldan azad olunmuş Ağdərə rayonunda olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq və daha sonra Tərtər RPŞ-nə gətirilmişdir. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini, 2-ci qrup əlil olmasını bildirərək barəsində yüngül inzibati cərimə tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in PPXB-nin komandiri müavini polis baş leytenantı Xasay Məmmədov izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Göyarx komendant postunun yaxınlığnda Azərbaycan Respublikası DİN-in BİTİnin əraziyə ezam olunmuş əməkdaşı ilə birlikdə xidmətdə olan zaman işğaldan azad olunmuş Ağdərə rayon ərazisində gəlməkdə şübhəli bilinən VAZ 2101 markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil tərəflərindən saxlanılıb yoxlanılarkən avtomobilin üzərində olan yük yerində dəmir parçaları aşkar olunmuş və məlum olmuşdur ki, qeyd olunan avtomobilin sürücüsü Tərtər rayon Həsənqaya kənd sakini xx.xx.1996-cı il təvəllüdlü Şəxs, sərnişinlər isə həmin kənd sakinləri xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.1962-ci il təvəllüdlü X1r. Həmin şəxslərin izahatlarının alınması üçün RPŞ-nə dəvət edən zaman onlar RPŞ-nə getmək istəmədiklərini bildirmişlər. Dəfələrlə onları nizam intizama dəvət etsələr də onlar polisin qanuni tələbinə qəsdən tabe olmamışlar. Buna baxmayaraq həmin şəxsləri Tərtər RPŞ-nə gətirilmişlər. Barələrində RPŞ-də inzibati qaydada protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, Şəxs əvvəllər tanımamışdır barəsində protokol tərtib etdiyi andan tanıyır, onunla qohumluğu, ədavəti, qərəzi və düşmənçiliyi yoxdur. Şəxs barəsində protokol tərtib edən zaman və izahatı alınan zaman etiraf etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində idarə etdiyi VAZ 2101 markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla işğaldan azad olunmuş Ağdərə rayonunda olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq və daha sonra Tərtər RPŞ-nə gətirilmişdir. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini, 2-ci qrup əlil olmasını bildirmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində işğaldan azad olunmuş Ağdərə rayonu ərazisində onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin, polisin qanuni tələbinə qəsdən tabe olmamsı ilə bağlı təqsiri tam sübuta yetirilir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində toplanılmış materiallar Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. İş materialına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs 10 mart 2025-ci il tarixdən saat 20:10-dan inzibati qaydasında saxlanılmışdir. İş materialına əlavə olunmuş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs xx.xx.2025-ci il saat 20:10-dan inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 200 manat cərimə inzibati tənbehi azaldılaraq cərimənin məbləği 150 (bir yüz əlli) manat müəyən edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar