Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-259/2025 14.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Tərtər rayonu Bəyimsarov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Bəyimsarov kəndində yaşayan Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 14 mart 2025-ci il tarixdə saat təxminən 01:20 radələrində Tərtər rayonu Bərimsarov kəndində uca səslə nalayiq ifadələr işlədərək onu intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələrinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlu məhkəmə iclasında izahatında göstərmişdir ki, 14 mart 2025-ci il tarixdə saat təxminən 22:00-dan sonrakı vaxtlarda xalası X2 yaşadığı ünvanda olan nənəsinə baş çəkmək üçün getmişdir. Bu zaman X8 onu evə qoymamış, aralarında sözlə mübahisə etmişlər. O sonra çıxıb evinə getmişdir. X3 DİN -in 102 xidmətinə şikayət etdiyindən polis əməkdaşları onun yaşadığı evinə gəlib, barəsində olan şikayətlə bağlı onu polis şöbəsinə dəvət etmişlər. O, həmin vaxtı içkili olduğundan ondan şikayət edən xalasının və şikayət əsasında onu polis şöbəsinə aparmaq istəyən polis əməkdaşlarının ünvanlarına usa səslə nalayiq ifadələr işlədərək, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İçkili olduğundan polis əməkdaşları onu nizamintizama dəvət etsələr də onların qanuni tələblərinə məhəl qoymamışdır. Polis əməkdaşlarının ünvanına söyüşlər söyməkdə davam edərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onu məcburi RPŞ-nə aparıblar. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in təhqiqatçısı polis leytenantı X6 izahatında göstərmişdir ki, 14 mart 2025-ci il tarixdə saat təxminən 01:20 radələrində Tərtər rayon Bəyimsarov kənd sakini X5 DİN-in 102 xidmətinə müraciət edərək bacısı oğlu Şəxs onu bıçaqla hədələdiyini və ona qarşı əxlaqsız təkliflər etdiyini bildirmişdir. Vüsalə Nəsibovanın müraciəti əsasında Tərtər RPŞ-in ƏİQ-nun üzvləri polis baş leytenantı Fərid Məmmədov və polis leytenantı Sənan Kazımovla birlikdə hadisə yerinə getmişlər. Onlar Şəxs yaxınlaşıb özlərini təqdim edərək ona barəsində şikayət olduğundan izahat vermək üçün Tərtər RPŞ-nə yaxınlaşmalı olduğunu bildirmişlər. Bu zaman Şəxs sərxoş vəziyyətdə uca səslə polisin və xalası Vüsalənin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etməklərinə baxmayaraq onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X4 izahatında göstərmişdir ki, Şəxs əvvəllər tanımamış, onunla qohumluğu, ədavəti və düşmənçiliyi olmamışdır. Şəxs barəsində ona təqdim olunmuş raport əsasında onun tərəfindən protokol tərtib etmişdir. Raport və iş materiallarından aydın olmuşdur ki, 14 mart 2025-ci il tarixdə saat təxminən 01:20 radələrində Tərtər rayon Bəyimsarov kənd sakini X5 DİN-in 102 xidmətinə müraciət edərək bacısı oğlu Şəxs onu bıçaqla hədələdiyini və ona qarşı əxlaqsız təkliflər etdiyini bildirmişdir. Vüsalə Nəsibovanın müraciəti əsasında Tərtər RPŞ-in ƏİQ-nun üzvləri raportu yazan Nihal Qaraşov, polis baş leytenantı Fərid Məmmədov və polis leytenantı Sənan Kazımovla birlikdə hadisə yerinə getmişlər. Onlar Şəxs yaxınlaşıb özlərini təqdim edərək ona barəsində şikayət olduğundan izahat vermək üçün Tərtər RPŞ-nə yaxınlaşmalı olduğunu bildirmişlər. Bu zaman Şəxs sərxoş vəziyyətdə uca səslə polisin və xalası Vüsalənin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsi dəfələrlə nizamintizama dəvət etməklərinə baxmayaraq onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində tərtib olunmuş protokola imza etməkdən və izahat yazmaqdan imtina etmişdir. Bütün bunlara baxmayaraq Şəxs öz qanunsuz hərəkətlərini polis şöbəsində də davam etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 14 mart 2025-ci il tarixdə saat təxminən 01:20 radələrində Tərtər rayonu Bərimsarov kəndində uca səslə nalayiq ifadələr işlədərək onu intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir.. Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı və işdə olan digər sənədlərlə bir daha təsdiq olunur. İş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilən halları, Şəxs barəsində daha ciddi inzibati tənbeh nəzərdə tutulan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında olan həbs inzibati tənbehinin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 10 (on) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 14 mart 2025-ci il tarixdən saat 02:40-dən hesablansın. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-259/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-259/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver