Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-27/2025 06.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudun oğlunun katibliyi, Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Tərtər rayonu İsmayılbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Göygöl rayonu Murovdağ qəsəbəsində yaşayan Şəxs barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Borclu Əliyev X6 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(061)-229/20 saylı və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-244/2023 saylı icra sənədlərinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs icra sənədləri üzrə ümumulikdə 4394(dörd min üç yüz doxsan dörd) manat borcu yaranmışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, borclu Şəxs həqiqətən də Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(061)-229/2020 saylı və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-244/2023 saylı icra sənədlərinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs icra sənədləri üzrə ümumulikdə 4394(dörd min üç yüz doxsan dörd) manat borcu yaranmışdır. Borclu Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o üzərinə düşən öhdəliyi ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borcunu ödəməmişdir. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə borclu Şəxs izahatında göstərmişdir ki, həqiqətən də Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(061)-229/2020 saylı və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-244/2023 saylı icra sənədlərinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs icra sənədləri üzrə ümumulikdə 4394 (dörd min üç yüz doxsan dörd) manat borcu yaranmışdır. İmkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(061)- 229/2020 saylı icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, Şəxs 02 noyabr 2010-cu il təvəllüdlü Zahirə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(061)-275/2011 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 120 manat (bir yüz iyirmi) manat sabit pul məbləği həddində müəyyən edilməsi və cavabdeh Şəxs alınıb iddiaçı X1 verilməlidir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)- 244/2023 saylı icra sənədnin təsdiq olunmuş surətindən görünür ki, cavabdeh Şəxs 1000 (bir min) manat pul və ödənilmiş 34 manat dövlət rüsumu alınaraq iddiaçı X5 verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü, Tərtər rayonun İsmayılbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan bildiriş və xəbərdarlıqın təsdiq olunmuş surətlərindən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, borclu Əliyev X6 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(061)- 229/2020 saylı və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-244/2023 saylı icra sənədlərinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs icra sənədlə\ri üzrə ümumulikdə 4394(dörd min üç yüz doxsan dörd) manat borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə «həbs» inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 06 yanvar 2025-ci il tarixdən saat 19:25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-27/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-27/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver