Məhkəmə qərarları › İş №3(061)-273/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-273/2025

26.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-273/2025 26.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cü ildə Ağdam rayonu Şotlanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 25 mart 2025-ci il tarixdə saat 16:00 radələrində Tərtər rayonu Yeni Qəsəbədə yerləşən binaların qarşısında ictimai yerdə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, şahid ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, həyat yoldaşı Qəmər Aslanova ilə mübahisə etmiş, əsəbləri yerində olmadığından nalayiq ifadələr işlətmişdir. Onun barəsində olunmuş şikayət əsasında polis əməkdaşları onu sakitləşdirmək istəsələr də o, yaşadığı inzibati binanın qarşısında da uca səslə nalayiq ifadələr işlətmişdir. Onun bu hərəkətlərini bütün qonşular da eşitmişdir. Bu vaxt polis əməkdaşları onu nizamintizama dəvət etmişlər və qanunsuz əməllərinə son qoymağını ondan tələb etmişlər. Lakin o polis əməkdaşlarının sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olmasını bildirmiş, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati material üzrə şahid qismindən dindirilən Tərtər RPŞ-in TB-in təhqiqatçısı Anar İsmayıllı izahatında göstərmişdir ki, 25 mart 2025-ci il tarixdə əməliyyat istintaq qrupunda olarkən Tərtər rayonu Yeni Qəsəbə bina 17 mənzil 34-də yaşayan X2 DİN-in 102 xidmətinə zəng edərək həyat yoldaşı Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Dərhal əməliyyat istintaq qrupunun üzvləri ilə məlumat verən şəxsin qeyd etdiyi ünvanda olmuşlar. Həmin vaxt sonradan adını bildiyi Şəxs yaşadığı qəsəbə ərazisində binaların qarşısında ictimai yerdə səs küy salıb ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 25 mart 2025-ci il tarixdə saat 16:00 radələrində Tərtər rayonu Yeni Qəsəbədə yerləşən binaların qarşısında ictimai yerdə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 07 (yeddi) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 25 mart 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar