Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-274/2025 27.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Tərtər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Tərtər rayonu Xoruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Xoruzlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inbzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2(061)-1139/2022 saylı, icra sənədinə əsasən borclu Şəxs Vidad oğlundan 15000 (on beş min) manat pul və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Şəxs icra sənədinin icrası ilə əlaqədar Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Tərtər Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2(061)-1139/2022 saylı, icra sənədinə əsasən borclu Şəxs Vidad oğlundan 15000 (on beş min) manat pul və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, icra sənədinin tələblərinə məhəl qoymaraq borcunu ödəməkdən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Borclu Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o üzərinə düşən öhdəliyi ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borcunu ödəməmişdir. Hazırda borclu Şəxs tələbkar X3 15000 (on beş min) manat pul və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti borcu vardır. Borclu Şəxs Vidad oğlu hazırki vaxta qədər tələbkara heç bir ödəniş etməmişdir. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu Şəxs haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2(061)-1139/2022 saylı, icra sənədinə əsasən ondan 15000 (on beş min) manat pul və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti alınıb tələbkar X3 verilməlidir. Hazırda işləmədiyinə və imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Hazırda borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. Buna baxmayaraq yaxın vaxtda borcunu ödəməyinə söz verir. Himayəsində yaşlı xəstə anası və azyaşlı uşağı vardır. Ailənin yeganə qaznc gətirənidir. Əgər məhkəmə tərəfindən barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs cəzası veriləcəyi təqdirdə bu əziz “Novruz bayramı” ərəfəsində xəstə yaşlı anası və azyaşlı uşağı ağır maddi sarsıntı keçirəcəklər. Ona görə də məhkəmədən onun barəsində inzibati cərimə tənbeh növü təyin edilməsini xahiş etmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Şəxs Tərtər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 noyabr 2022-ci il tarixli 2(061)-1139/2022 saylı, icra sənədinə əsasən borclu Şəxs 15000 (on beş min) manat pul və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Şəxs icra sənədinin icrası ilə əlaqədar Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin Qərarın icrası Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-274/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-274/2025
27.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver