Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-275/2025 28.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan Tərtər rayonu Bəyimsarov kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.1.6-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 06 fevral 2025-ci il tarixdə saat 13:00 radələrində ev heyvanlarının saxlanılma qaydasını pozaraq itini sahibsiz buraxmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, şahid ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Ələsgər Rüstəmov onun qonşusudur, əvvəllər münasibətləri yaxşı olmuşdur. 06 yanvar 2024-cü il tarixdə yaşadığı evin həyətində özünə məxsus 1 ədəd erkək cinsli itini buraxmışdır. Yaşadığı evin həyətində olarkən tüfəng səsi eşitmiş, darvazadan çölə çıxan zaman Ələsgər adlı həmkəndlisinin ona məxsus iti tüfənglə vurduğunu görmüşdür. Bu səbəbdən də Ələsgər adlı şəxsə iradını bildirib ona itini niyə vurması sualını verəndə Ələsgər ona çoxdan iti öldürmək istədiyini bildirmişdir. Daha sonra DİN-in 102 xidmətinə zəng edib Ələsgər adlı şəxsin ona məxsus iti öldürməsi barədə məlumat vermişdir. Hazırda bir-birlərinə qarşı şikayətçi deyillər. Əməlindən peşimandır. Hərəkətlərinin ağır nəticələrə səbəb ola biləcəyini fikirləşməmişdir. Ona görə də ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs şahid qismində dindirilən X3 izahatında göstərmişdir ki, Şəxs sahə rəisi olduğu kənd sakini kimi tanıyır, onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, icraatına daxil olmuş material əsasında Şəxs barəsində protokolu o tərtib etmişdir. Şəxs protokola imza etmiş, əməlini etiraf etmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı bir daha təsdiq olundu ki, Şəxs 06 fevral 2025-ci il tarixdə saat 13:00 radələrində ev heyvanlarının saxlanılma qaydasını pozaraq itini sahibsiz buraxmışdır. İş materiallarında olan 16 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs Ələsgər oğlunun əməlində AR İXM-in 290.1.6-ci maddəsinin tərkib əlamətləri, X2 əməlində isə AR İXM-in 274.1 və 590.2-ci maddələrinin tərkibi olması aşkar edilmişdir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.6-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.6-cı maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-275/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-275/2025
28.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver