Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-276/2025 28.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, İnzibati material üzrə zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tatixdə Tərtər rayonu Bəyimsarov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Rəyimsarov kəndində yaşayan Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci və 274.1-ci maddələri ilə olan materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 06 yanvar 2025-ci tarixdə saat 13:00 radələrində xüsusi icazə sənədi olmadan mərhum babasından yadigar qalmış 1(bir) ədəd İJ markalı, tək lüləli, 16(on altı) kalibrli, İ46481 nömrəli ov tüfəngi ilə həmkəndlisi Eldar Hətəmova məxsus bir ədəd erkək cinsli ev heyvanını (iti) güllələyərək heyvana qarşı rəhimsiz davranmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci və 274.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bu hərəkətləri özünün, zərərçəkmiş şəxsin və inzibati material üzrə protokolu tərtib edən şəxsin izahatları ilə təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, X8 onun həmkəndlisidir. Münasibətləri qonşu kimi pis olmamışdır. Eldar Hətəmovun bir ədəd erkək cinsli iti vardır. Həmin iti həm onu həm də qonşuluqda yaşayan digər şəxsləri narahat etdiyini və ev əşyalarına ziyanlıq vurmuşdur. X7 iradını bildirsə də hər dəfəsində Eldarın həmin itin ona məxsus olmadığını sahibsiz it olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Eldar Hətəmovun özünə məxsus iti sahibsiz buraxmasına görə həmin itin onun anası Esmira Rüstəmovaya hücum etmiş, nəticədə anasının it ona hücum etdiyinə görə yerə yıxılaraq ayağından xəsarət aldığından o da əsəbləşəib növbəti günü xx.xx.2025-ci il tarixdə yaşadığı evdən mərhum babasından yadigar qalmış tək lüləli ov tüfəngini götürüb Eldar Hətəmovun yaşadığı ünvana getmiş, məqsədi Eldarın itini qorxutmaq üçün, həmin vaxt Eldarın itinin onun evinin qarşısında olan boş həyətyanı sahədə görüb, ona tərəf gedib, bir dəfə ona atəş açmışdır. Bu zaman itin sahibi Eldar onu görüb, ona yaxınlaşıb, ona iradını bildirəndə, Eldara bir neçə gün əvvəl iti bağlamasını, lakin deyilənlərdən nəticə çıxarmaması səbəbindən, həmin it anasına hücum etdiyini bildirib, daha sonra onun yanından uzaqlaşıb getmişdir. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati material üzrə zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, Şəxs onun qonşusudur, əvvəllər münasibətləri yaxşı olmuşdur. 06 yanvar 2024-cü il tarixdə yaşadığı evin həyətində özünə məxsus 1 ədəd erkək cinsli itini buraxmışdır. Yaşadığı evin həyətində olarkən tüfəng səsi eşitmiş, darvazadan çölə çıxan zaman Ələsgər adlı həmkəndlisinin ona məxsus iti tüfənglə vurduğunu görmüşdür. Bu səbəbdən də Ələsgər adlı şəxsə iradını bildirib ona itini niyə vurması sualını verəndə Ələsgər ona çoxdan iti öldürmək istədiyini bildirmişdir. Daha sonra DİN-in 102 xidmətinə zəng edib Ələsgər adlı şəxsin ona məxsus iti öldürməsi barədə məlumat vermişdir. Hazırda bir-birlərinə qarşı şikayətçi deyillər. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs sahə rəisi olduğu kənd sakini kimi tanıyır, onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, icraatına daxil olmuş material əsasında Şəxs barəsində protokolu o tərtib etmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 16 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X3 əməlində AR İXM-in 290.1.6-ci maddəsinin tərkib əlamətləri, Şəxs əməlində isə AR İXM-in 274.1 və 590.2-ci maddələrinin tərkibi olması aşkar edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 274.1-ci və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı və işdə olan digər sənədlərlə bir daha təsdiq olunur. İş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 274.1-ci maddəsinə əsasən heyvanlara rəhmsiz davranmağa görə beş yüz manatdan 800 manatadək məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən, müvafiq İcra Hakimiyyəti orqanından xüsusi icazə almamışşəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başğa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğgdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki vəya daha çox xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilən halları, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1ci maddəsinə əsasən bir şəxs iki vəya daha çox xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməlidir. Yuxarda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) ədəd İJ markalı,tək lüləli,16(on altı) kalibrli, İ46481 nömrəli DİN in X10 Baş İdarəsinin silah-sursat anbarına təhvil verilməsi üçün Tərtər RPŞ-də saxlanılan ov silahı müsadirə edilməklə 80 (səksən)manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274.1-ci maddəsi ilə təqsirli bilinərək 500(beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası 1(bir) ədəd İJ markalı,tək lüləli,16(on altı) kalibrli, İ46481 nömrəli DİN -in X10 Baş İdarəsinin silah-sursat anbarına təhvil verilməsi üçün Tərtər RPŞ-də saxlanılan ov silahı ilə bağlı hissədə Tərtər Rayon Polis Şöbəsinə, cərimə ilə bağlı hissədə isə Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-276/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-276/2025
28.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver