Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-279/2025 15.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X2 qızının katibliyi ilə, Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə Şəxs MMC barəsində Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xətta haqqında protokol və ona əlavə edilmiş materiallara 15 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsindən daxil olmuş EP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallardan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən **********8198 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduruna rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitmişdir. Lakin, şirkət tərəfindən yüklərin digər kömrük proseduru altında rəsmiləşdirilməsinə dair tədbir görülməmişdir. xx.xx.2024-cü il tarixli **********8198 sörğu nömrəli kömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşddirilməsi qaydalarının tələblərinə riayət edərək öhdəlik müddəti ərzində təkrar idxal edilib-edilməməsini və ya digər kömrük prosesuru altında rəsmiləşdirilib-rəsmiləşdirilmədiyini müəyyən etməkdən ötrü Gömrük xidmətinin “X1 Sistemi” İnformasiya resusuna keçirilən baxış zamanı müəyyən edilmişdir ki, **********8198 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların öhdəlik müddəti xx.xx.2024-cü il tarixə qədər müəyyən edilmişdir. Öhdəlik müddətinin bitməsinə baxmayaraq yüklərin digər gömrük proseduru altında rəsmiləşdirilməsinə dair təkrar idxal gömrük bəyannaməsi xx.xx.2024-cü il tarixində **********3659 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Şəxs MMC-yə və Bakı Baş Gömrük İdarəsinə məlumat verilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Şəxs MMC -nin və Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gömrük xidmətinin “X1 Sistemi” İnformasiya resusuna baxışın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC tərəfindən **********8198 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların öhdəlik müddəti xx.xx.2024-cü il tarixə qədər müəyyən edilmişdir. Öhdəlik müddətinin bitməsinə baxmayaraq yüklərin digər gömrük proseduru altında rəsmiləşdirilməsinə dair təkrar idxal gömrük bəyannaməsi xx.xx.2024-cü il tarixində **********3659 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal edilmişdir. İşdə olan EP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən **********8138 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduruna rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitsə də şirkət tərəfindən yüklərin digər kömrük proseduru altında rəsmiləşdirilməsinə dair tədbir görülməmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulan gömrük qaydaları əleyhinə inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilən EP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs MMC tərəfindən **********8138 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduruna rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitsə də şirkət tərəfindən yüklərin digər kömrük proseduru altında rəsmiləşdirilməsinə dair tədbir görülməmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulan gömrük qaydaları əleyhinə inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsinə əsasən malların saxlanc qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək, hüquqi şəxslər üç yüz manatdan 500 manatadək cərimə edilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXMnin 469.1-ci maddəsi ilə töfsif edilmişdir. Məhkəmə də onun əməlini Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsi ilə töfsif edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-yə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində cərimə inzibati tənbehinin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 400 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №3(061)-279/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-279/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver