Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-28/2025 07.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs Əmrahova Hicran Nurəddin qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, iştirakları ilə xx.xx.1981-ci ildə Ağdam rayonu Maqsudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Tərtər Rayon Mənzil İstismar İdarəsində Nəzarətçi işləyən, deməsinə görə məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində Tərtər Rayon Yeni Qəsəbədə ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Tərtər rayon Yeni Qəsəbə sakini Hicran Əmrahovanı təxminən 6 ilə yaxındır ki tanıyır. Münasibətləri yaxşı olmamışdır. Hicran Əmrahova tərəfindən təhqir olunması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə müraciəti ilə bağlı sahə rəisi Elgiz Kərimov onu xidməti otağına çağırmışdır. Elgiz Kərimovla otaqda söhbət edən zaman Hicran Əmrahova otağa daxil olub heç bir söz demədən onu nalayiq ifadələrlə təhqir edib üzərinə gedən zaman o da öz növbəsində Hicran Əmrahovanı nalayiq ifadələrlə təhqir etmişdir. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs Əmrahova Hicran Nurəddin qızı məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs etdiyi əsassız müraciət ilə bağlı sahə rəisi Elgiz Kərimovun otağına daxil olmuşdur. Həmin vaxtı Şəxsda orada olduğunu görüb sahə rəisi Elgiz Kərimova araşdırmaya niyə baxmadığını deyib iradını bildirmişdir. Bundan sonra Şəxs heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş təhqiqatçının qəbul etdiyi xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan onların barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə toplanmış material üzrə qəbul edilmiş qərarın surətinin Tərtər Rayon Polis Şöbəsinin İTB-ə həval edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin izahatı, iş materialları ilə bir daha təsdiq olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində Tərtər Rayon Yeni Qəsəbədə ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-28/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-28/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver