Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-282/2025 04.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X2, İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Tərtər rayonu Buruc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Buruc kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 17 mart 2025-ci il tarixdə saat təxminən 18 radələrində Tərtər rayonun Buruc kəndi ərazisində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 17 mart 2025-ci il tarixdə özünə məxsus idarə etdiyi “VAZ 21011” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Buruc kəndi əraisində hərəkətdə olan zaman həmkəndlisi Şəxs onu içkili halda nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Şəxs onu təhqir edən zaman onun həyat yoldaşı Kərimova Turanə də maşında olmuşdur. Daha sonra o həyat yoldaşını evə düşürərək Tərtər RPŞ-nə gəlib bu barədə ərizə müraciət etmişdir. Buna baxmayaraq hazırda Şəxs əməlindən peşman olduğundan, qohum olduğundan ondan şikayəti və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, ondan şikayət edən Murad Kərimov onun xalası qızı Kərimova Turanənin həyat yoldaşıdır. Murad Kərimovun bir neçə ildir ki, ona məlum olmayan səbəblərdən ədavəti vardır. O, tez-tez onunla bağlı böhtan xarakterli məlumatlarla DİN-in 102 xidmətinə müraciət edir. Murad Kərimovun şikayətdə qeyd etdiyi tarixdə və saatda o tərtər rayonu ərazisində olmamışdır. Və ona qarşı heç bir təhqiredici ifadə işlətməmişdir. Həmin vaxt o işi ilə bağlı Xankəndi şəhərində olmasını ilkin izahatında bildirsə də bu barədə rəsmi sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna baxmayaraq Şəxs həmçinin rəsmi ərizə təqdim edərək hazırda əməlindən peşman olduğunu, Kərimov Murada qarşı bir daha hörmətsizlik etməyəcəyini və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X4 izahatında göstərmişdir ki, inzibati material üzrə tərəfləri protokol tərtib etdiyi vaxtdan tanıyır, onlara qarşı qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Təsdiq edir ki, ona təqdim olunmuş material əsasında protokol tərtib etmişdir. Belə ki, Şəxs 17 mart 2025-ci il tarixdə saat təxminən 18 radələrində Tərtər rayonun Buruc kəndi ərazisində uca səslə nalayiq ifadələr işlədərək Murad Kərimova qarşı hörmətsizlik edərək ictimai qaydanı pozmuşdur. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin izahatı, iş materialları ilə bir daha təsdiq olundu ki, Şəxs 17 mart 2025-ci il tarixdə saat təxminən 18 radələrində Tərtər rayonun Buruc kəndi ərazisində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-282/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-282/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver