Məhkəmə qərarları › İş №3(061)-283/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-283/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-283/2025 28.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X6 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Tərtər rayonunda Əskipara anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Tərtər rayonu. Yeni Qəsəbə. Bina 09, mənzil 20-də yaşayan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 28 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:50 radələrində Tərtər şəhəri, Şıxarx qəsəbəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Şəxs oğurluq hadisəsi ilə bağlı əməliyyatçı tərəfindən Tərtər rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Bu zaman Şəxs ucadan səs-küy salıb nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən raport əsasında onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs həmin protokolla tanış olmuş, heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs qismində dindirilən Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Tərtər şəhəri, Şəxarx qəsəbəsində yerləşən “Ağdərə” ailəvi restoranının qarşısında olan zaman Tərtər RPŞ-nin polis əməkdaşları ona yaxınlaşaraq Şöbəyə dəvət etmiş, o isə polis əməkdaşları ilə birlikdə Tərtər RPŞ-yə getmişdir. Polisə heç bir tabesizlik göstərməmişdir. Onun saxlanma anı “Ağdərə” ailəvi restoranınında quraşdırılmış müşahidə kamerasına düşmüşdür. Bir daha bildirir ki, polisə heç bir tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ CAB-nin əməliyyat müvəkkili X2 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 17:50 radələrində Tərtər şəhəri, Şıxarx qəsəbəsində yerləşən ”Ağdərə” ailəvi resstoranın qarşısında Ağdərə rayonu ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhəli bilinən Şəxs izahatının alınması üçün Tərtər RPŞ-yə dəvət edən zaman sonuncu onların qanuni tələbinə tabe olmamış, ucadan səs-küy salıb tabesizlik göstərmişdir. Nizam-intizama dəvət etsə də, Şəxs qanunsuz hərəkətlərini davam etdirmişdir. Buna baxmayaraq Oruc Qaımzadə məcburi şəkildə Tərtər RPŞ-nə gətirilmiş, barəsində qanuni tədbir görülməsi üçün şöbənin rəhbərliyinə raportla müraciət etmişdir. İzahatı alındıqdan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Tərtər RPŞ CAB-nin əməliyyat müvəkkili X2 tərəfindən Tərtər RPŞ-nin rəisi Elçin Qasımovun adına yazılmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:50 radələrində Tərtər rayonu, Şıxarx qəsəbəsində yaşayan X5 Tərtər şəhər, Şıxarx qəsəbəsində görüb Ağdərə rayonu ərazisində baş vermiş camış oğurluğunda şübhəli bilinən şəxs kimi izahatının alınması məqsədilə Tərtər RPŞ-yə dəvət etdiyini, Şəxs uca səslə nalayiq ifadələr işlətdiyini, nizam-intizama dəvət etsə də, Şəxs öz hərəkətlərini davam etdirərək onun qanuni tələblərinə qəsdən tabe olmadığını göstərərək, barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:50 radələrində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs həmin protokolla razılaşaraq heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. Onun əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsi tərəfindən “Ağdərə” ailəvi istirahət mərkəzinə verilən sorğudan görünür ki, iş üzrə hərtərəfli və obyektiv məhkəmə araşdırılması aparılması və düzgün nəticəyə gəlinməsi üçün “Ağdərə” marketdə quraşdırılmış kameranın xx.xx.2025-ci il tarixə aid videogörüntülərinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. İşdə olan “Ağdərə” ailəvi restaranın sahibi Duman Nəbili tərəfindən Tərtər Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavabdan görünür ki, xx.xx.2025-ci il tarixdə “Ağdərə” ailəvi restaranın videomüşahidə kamerası texniki nasazlıq səbəbindən işləməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə eyni xarakterli inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs məhkəmə iclasından yayındığı üçün onun məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, inzibati xəta törətmiş şəxsin və şahidin zahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, X7 xx.xx.2025-ci il tarixdə saat 17:50 radələrində Tərtər şəhəri, Şıxarx qəsəbəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, X7 xx.xx.2025-ci il tarixdə də eyni xarakterli inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, X4 əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə töfsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə iilə tövsif edir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X4 il ərzində eyni əmələ görə inzibati tənbeh tədbirinə məruz qalmasına baxmayaraq eyni xətanı təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Onun məsuliyyətini yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə proses işttirakçılarını dinləyib, inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, X4 ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilən sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Ona görə də X7 həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə X4 şəxiyyətini, yəni il ərzində eyni əmələ görə inzibati tənbeh tədbirinə məruz qalmasına baxmayaraq eyni xətanı təkrar törətməsini, məhkəmənin çağrışlarına gəlməyərək məsuliyyətdən yayındığı üçün barəsində məcburi gətirilmə tətbiq edilməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. HAKİM: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar