Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-284/2025 05.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi sahibkar, ailəli, himayəsində 4 azyaşlı uşağı olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Tərtər şəhəri E.Hüseynov küçəsində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 05 aprel 2025-ci il tarixdə saat 01:00 radələrində Tərtər şəhəri H.Əliyev prospektində yerləşən yeməkxanada polisin qanuni onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində polis əməkdaşı onun izahatının alınması məqsədilə RPŞ-nə dəvət etmişdir. O həmin vaxtı polis əməkdaşına öz narazılığını bildirməyib, onunla polis şöbəsinə getməkdən imtina etməmişdir. Sonradan onu polis şöbəsinə aparmışlar. Onun barəsində də RPŞ-də protokol tərtib olunmuşdur. Şəxs ilkin izahatında özünü təqsirli bilməsədə, məhkəmə araşdırmaları zamanı polis əməkdaşlarının qanuni tələblərinə ilkin olaraq tabesizlik göstərdiyini bildirmişdir. Hazırda əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in PPXB-in polis nəfəri polis baş serjantı X2 izahatında göstərmişdir ki, İş materiallarında olan raport onun tərəfindən yazılmışdır, yazdıqlarını təsdir edir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Tərtər RPŞ-in PPXB-nin polis nəfəri Əlizadə Məhəmməd ilə birlikdə Tərtər şəhər ərazisində xidmətdə olarkən Tərtər RPŞ-in İTB-in rəisi polis mayoru Nurlan Əsədov radiostansiya vasitəsi ilə onlara “Yolkalıq” adlanan kafenin qarşısında yaxınlaşmaqlarını bildirmişdir. Onlar həmin yerə yaxınlaşandan sonra bir nəfər şəxsin əlində elektroşok adlanan cihazın olduğunu bildirdi və həmin şəxsin RPŞ-nə aparmaqlarını bildirmişdir. Onlar da həmin şəxsi RPŞ-nə gətirmişlər. Sonradan həmin şəxsin Tərtər rayon Sarıcalı kəndində yaşayan X3 olduğunu bildirmişdir. Ondan elektroşokun kimə məxsus olduğunu soruşduqda o kafenin sahibi Seymura məxsus olduğunu bildirmişdir. Sonradan onlar əməliyyat İstintaq qrupunun üzvləri ilə həmin ünvana yaxınlaşmışlar. Kafenin sahibi Şəxs polis şöbəsinə getməyə dəvət dəvət etsələr də Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Həmin vaxt sonradan adı ona məlum olan X4 polisin ünvanına nalayiq ifadələr işlətdiyini eşidib onuda nizamintizama dəvət edib RPŞ-nə dəvət etmişlər. Həmin şəxslər RPŞ-nə getmək istəmədiklərini bildirərək öz narazıçılıqlarını bildirmişlər, dəfələrlə onları nizam intizama dəvət etsələrdə onlar polisin qanuni tələbinə tabe olmamışlar. Onları RPŞ-nə gətirdikdən sonra barələrində protokol tərtib olunaraq məhkəməyə gətirilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in İTB-in rəisi X7 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Tərtər şəhəri “Yolkalıq” adlanan yeməkxananın ərazisində olarkən, yeməkxananın işçilərinin əlində “elektroşok”un olduğunu görüb radiostansiya vasitəsi ilə növbədə olan əməliyyat qrupuna məlumat verib, onların həmin əraziyə yaxınlaşlarını və həmin şəxsin Tərtər RPŞ-nə aparmalarını bildirmişdir. Onlar həmin yerə yaxınlaşandan əlində “elektroşok” adlanan cihaz şəxsi RPŞ-nə aparmımlar. Sonradan həmin şəxsin Tərtər rayon Sarıcalı kəndində yaşayan X3 olduğunu bildirmişdir. Ondan “elektroşok”un kimə məxsus olduğunu soruşduqda o kafenin sahibi Seymura məxsus olduğunu bildirmişdir. Sonradan onlar əməliyyat İstintaq qrupunun üzvləri ilə həmin ünvana yaxınlaşmışlar. Kafenin sahibi Şəxs polis şöbəsinə getməyə dəvət etsələr də Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Həmin vaxt sonradan adı ona məlum olan X4 polisin ünvanına nalayiq ifadələr işlətdiyini eşidib onuda nizam-intizama dəvət edib RPŞ-nə dəvət etmişlər. Həmin şəxslər RPŞ-nə getmək istəmədiklərini bildirərək öz narazıçılıqlarını bildirmişlər, dəfələrlə onları nizam intizama dəvət etsələrdə onlar polisin qanuni tələbinə tabe olmamışlar. Şəxs polis əməkdaşlarının xidməti maşınları ilə RPŞ-nə getməkdən imtina etdiyindən, özlərinin maşınları ilə yanında polis əməkdaşı olmaq şərti ilə onu RPŞ-nə aparmışlar. Onları RPŞ-nə gətirdikdən sonra barələrində protokol tərtib olunaraq məhkəməyə gətirilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in İTB-in sahə rəisi X5 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs barəsində protokol tərtib olunan vaxtdan tanıyır, onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Onun barəsində protokol tərtib olunan və izahatı alınan zaman səmimi etiraf etməmişdir. Sonradan onu polis şöbəsinə aparmışlar. Əməlindən peşman olduğunu bildirmişdir. Barəsində tərtib olunmuş protokola şəxsən imza etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 05 aprel 2025-ci il tarixdə saat 01:00 radələrində Tərtər şəhəri H.Əliyev prospektində yerləşən yeməkxanada polisin qanuni onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 05 aprel 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:10-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin, yəni polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması əməlinin törədilməsində təqsiri tam sübuta yetirilir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində toplanılmış materiallar Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs xx.xx.2025-ci il saat 01:10-dan inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 200 manat cərimə inzibati tənbehi azaldılaraq cərimənin məbləği 150 ( yüz əlli) manat müəyən edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-284/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-284/2025
05.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver