Məhkəmə qərarları › İş №3(061)-287/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-287/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-287/2025 18.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X3 qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Tərtər rayonun, Xoruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Tərtər rayonun, Xoruzlu kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 18 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2025-ci il tarixdə Tərtər şəhəri Heydər Əliyev prospektində olan zaman 0,47 qram narkotik maddə hesab edilən marixuananı satış məqsədi olmadan üzərində saxlayarkən Tərtər RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Tərtər Rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə baxış keçirilərkən təmiz çəkisi-0,47 qram olan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı Nihal Qaraşov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın Tərtər RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN№ ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əlavə edilmiş səndələrlə birlikdə xx.xx.2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə satış məqsədi olmadan, məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxladığı üçün Tərtər RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Tərtər Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçəsinin cibindən bir büküm şəxsi istehlak miqdarında 0,47 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Tərtər RPŞ-nin TQ-nin təhqiqatçısı Nihal Qaraşov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün Tərtər RPŞ-nin İTB-yə göndərilmişdir. Material onun icraatına verilmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN№ ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, əlavə edilmiş səndələrlə birlikdə baxılması üçün Tərtər Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Tərtər rayonu, Xoruzlu kəndində yaşayır. Narkotik vasitə olan marixuananı polis əməkdaşları onu saxlamamışdan 1 gün əvvəl tanışları istifadə etməsi üçün ona vermişdir. xx.xx.2025-ci il tarixdə Tərtər şəhərində bazarın yaxınlığında olan zaman Tərtər rayon polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə aparılmışdır. Orada üstünə baxış keçirilərkən həmin narkotik vasitə ondan aşkar edilərək götürülmüşdür. Hazırda əməlindən peşmandır. Bir də belə hərəkətlərə yol verməyəcəkdir. Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri özünün etirafı ilə yanaşı işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında nəzərdən keçirilən məhkəmə bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 16/176 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Tərtər rayonu Xoruzlu kənd sakini Şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə narkotik vasitə hesab olunan marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd gümüşü folqa kağız bükümdə təmiz çəkisi 0,47 qram, tədqiqatdan sonra qalıq çəkisi 0,45 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşdə olan xx.xx.2025-ci il tarixli, MN№ ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tərtər şəhəri, Heydərr Əliyev prospektində narkotik maddə hesab edilən 0,47 qram olan marixuananı üzərində gəzdirmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs həmin protokolla tanış olaraq heç bir qeyd vermədən imzalamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən şəxsi və inzibati xətanı törətmiş şəxsi dinləyib, xx.xx.2025-ci il tarixli, MN№ ******* saylı inzibati xəta haqqında protokolu və inzibati xəta haqqında işin digər materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri məhkəmə iclasında tam sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməli və iş üzrə maddi sübut kimi götrülən narkotik vasitə məhv edilməlidir. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməli və onun üzərindən götürülən, Tərtər rayon polis Şöbəsində saxlanılan narkotik vasitə məhv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. İş üzrə maddi sübut olan və Tərtər Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,45 olan narkotik vasitə olan marixuana məhv edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə və Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar