Məhkəmə qərarları › İş №3(061)-291/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-291/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-291/2025 29.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, İnzibati material üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1985-ci ildə Tərtər rayonu Ələsgərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, deməsinə görə məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Ələsgərli kəndində yaşayan Şəxs Yalmar oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Tərtər rayon Düyərli kənd ərazisindən keçən asfalt yolda Tərtər rayon Ələsgərli kəndində yaşayan Şəxs sürücülük hüququ olmaqla, sərxoş olmadan təxminən 60 km/saat sürətlə idarə etdiyi özünə məxsus “VAZ-21011” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil, Tərtər rayon Yenikənd kəndində yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 sürücülük hüququ olmaqla, sərxoş olmadan idarə etdiyi “VAZ-2107” markalı **- NL-*** dövlət qeydiyyat nişanlı avtomobil və Tərtər rayon Seydimli kəndində yaşayan xx.xx.1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sürücülük hüququ olmaqla, sərxoş olmadan təxminən 60 km/saat sürətlə idarə etdiyi “VAZ-21010” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-21011” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Tərtər şəhər sakini xx.xx.1995-ci il təvəllüdlü X2, “VAZ- 21010” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1, sərnişinlər Tərtər rayon Seydimli kənd sakinləri, xx.xx.1973-cü il təvəllüdlü X8 və xx.xx.1993-cü il təvəllüdlü X6, “VAZ-2107” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bununla da X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs baş vermiş hadisəyə görə əməlindən peşman olduğunu bildirərək izahatında göstərmişdir ki, Tərtər rayon Ələsgərli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə baş etibarnamə ilə ona məxsus “VAZ-21011” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Tərtər rayon Ələsgərli kəndində çıxaraq qardaşının yoldaşı X1 və onların azyaşlı övladı Turanı yaşadıqları Tərtər şəhərində yerləşən evlərindən götürüb evlərinə gətirməyə getmişdir. Daha sonra onları oradan götürüb evə qayıdarkən təxminən 60 km/saat sürətlə hərəkətdə olan zaman Tərtər rayon Düyərli kənd ərazisindən keçən asfalt yolda fikirli olduğu üçün yola dəqiq baxa bilməmiş və bu zaman qəfil yolda dayanan “VAZ-2107” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə vurmuş o isə qarşıdan gələn “VAZ-21010” markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qardaşının həyat yoldaşı Nuranə Mirzəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Buna görə də Nuranəni oradan dərhal götürüb qohumu Qarakişinin avtomobili ilə Tərtər rayon Mərkəzi Xəstəxanaya aparmışdır. Orada Nuranəyə ilkin tibbi yardım göstərildikdən sonra X4 yerləşdirilmişdir. Hazırda hər bir şey qaydasındadır. Şəxs həmçinin izahatında göstərmişdir ki, idarə etdiyi avtomobil baş etibarnamə ilə özünə məxsusdur. Sürücülük vəsiqəsi vardır. Avtomobili idarə edərkən spirtli içki qəbul etməmişdir. Hazırda əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxslərə ilkindən yardımlar olunub, onların heç bir şikayət və tələbləri yoxur. Təqsirli bilindiyi maddənin sanksiyasında göstərilən ən aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən inzibati material üzrə Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ-21010” markalı **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdam rayonundan işdən evə qayıdarkən Tərtər rayon Düyərli kənd ərazisindən keçən zaman qarşıdan gələn “VAZ-2107” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil kanalın üstünə dönmək üçün gizlənmiş, bu zaman sonuncunun arxasından “VAZ-21011” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil vurmuş və nəticədə “VAZ-2107” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxaraq toqquşmuşlar. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o müxtəlif bədən xəsarətləri almış, lakin Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati material üzrə Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində ona məxsus “VAZ-21074” markalı **-NL- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tərtər şəhərindən yaşadığı Tərtər rayon Ələsgərli kəndində yerləşən evinə gedərkən Tərtər rayon Düyərli kənd ərazisində hərəkətdə olan zaman əsas yoldan sola dönmək üçün “dönmə işığını” yandırmış qarşıdan gələn avtomobilləri gözləmiş dönmək istədikdə arxadan gələn “VAZ-21011” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomobilinin arxa hissəsi ilə toqquşmuş və nəticədə onun avtomobili qarşı hərəkət hissəyə çıxaraq qarşıdan gələn “VAZ-21010” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. Orada ona ilkin tibbi yardım göstərdirildikdən sonra sağ çiyni sındığına görə X4 yerləşdirilmiş orada əməliyyat olunduqdan sonra 3 gün müddətinə Diaqnostika Mərkəzində qalmış daha sonra evə buraxılmışdır. Baş vermiş hadisə ilə bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, Şəxs yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 28 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin DYPB-nə göndərilməsi, həmin qərardan şikayət verilməsi hüquqları izah olunmuş, toplanmış material saxlanılması üçün Tərtər rayon Polis Şöbəsinin arxivinə verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhynda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta tərədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş xətanın xarakterini, ailə vəziyyətini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar