Məhkəmə qərarları › İş №3(061)-292/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-292/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-292/2025 05.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X7 qızının katibliyi Tərtər rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 Barəsində icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Tərtər rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında protokol və ona əlavə edilmiş materiala 05 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahatında göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 06 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi Tərtər rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul etmişdir. Alimentin vaxtı-vaxtında ödənilməsi təmin edilməmiş, nəticədə borclunun 4420 manat borcu yaranmışdır. Aliment borcun ödənilməsi təmin edilmədiyi üçün borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də hazırkı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etmişdir. Sonrakı məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, məhkəmə prosesinin gedişində borclu aliment borcundan 750 manat ödəmiş və tərəflər qalan borc məbləğinin hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Şəxs barəsində olan inzibati xəta haqqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Ona görə də göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 06 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Alimentin vaxtı-vaxtında ödənilməsi təmin edilmədiyi üçün borclunun 4420 manat borcu yaranmışdır. Borclu məhkəmə prosesinin gedişində həmin borcundan 750 manat ödəmiş, qalan borcunu isə hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Ona görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə ondan 06 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Maddi imkanı olmadığından alimentin vaxtı-vaxtında ödənilməsi təmin edə bilmədiyi üçün 4420 manat borcu yaranmışdır. Məhkəmə tərəfindən ona vaxt verilmiş, məhkəmə prosesinin gedişində borcundan 750 manat ödəmişdir. Qalan borcu isə hissə-hissə ödəməsi barədə tələbkarla razılığa gəlmişdir. İcra sənədinin icrasından boyun qaçırmır. Qalan borcun da ödənişini hissə-hissə təmin edəcəkdir. Ona görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, borclu Şəxs 06 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsini icra etmədiyi üçün barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən Tərtər Rayon Məhkəmədinə təqdim olunan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, borclu Şəxs tərəfindən 750 manat məbləğində ödəniş edildiyini, qalan aliment borcunun hər ay hissəhissə ödənilməsi barədə razılığa gəldiklərini qeyd etmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı icra məmurunun, zərərçəkmiş şəxsin (tələbkarın) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin yuxarıda qeyd edilən digər materialları ilə müəyyən olundu ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 127/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 06 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi Tərtər rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu alimenti vaxtı-vaxtında ödənmədiyi üçün onun 4420 manat borcu yaranmışdır. Ona görə də icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə prosesinin gedişində borclu aliment borcundan 750 manat ödəmiş, qalan borcun hissə-hissə ödənilməsi barədə tətəbkarla razılıq əldə etmiş və tələbkar Tərtər Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək qalan aliment borcunun hər ay hissə-hissə ödənilməsinə etmədiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb olunur. İşin yuxarıda müəyyən olunmuş hallarından göründüyü kimi Şəxs məhkəmə prosesinin gedişində aliment borcundan 750 manat ödəmiş, qalan borcun hissə-hissə ödənilməsi barədə tətəbkarla razılıq əldə etmiş və tələbkar Tərtər Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək qalan aliment borcunun hər ay hissə-hissə ödənilməsinə etmədiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi mövcud deyildir. O, icra sənədinin icrasından boyun qaçırmır. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin İ-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ-ci hissəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 114, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(061)-292/2025 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM : TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar