Məhkəmə qərarları › İş №3(061)-294/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-294/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-294/2025 16.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs işdirakı ilə xx.xx.1980-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 4 azyaşlı uşağı olan, fərdi sahibkar, deməsinə görə məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 15 aprel 2025-ci il tarixdə saat təxminən 18:41 radələrində Tərtər şəhəri H.Əliyev prospektində yerləşən “Yadigar” adlı yeməkxanada polis əməkdaşlarının qanuni tələbinə əməl etməmişdir. Məhkəmə iclası zamanı Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilmədi və göstərdi ki, 15 aprel 2025-ci il tarixdə saat 15:00 radələrində Azərbaycan Respublikası AQTA-nin Qarabağ RİB-in əməkdaşları fərdi sahibkar kimi fəaliyyət göstərdiyi yeməkxanada monotorinq keçirən zaman onlara narazılığını bildirmiş, bunun müqabilində həmin əməkdaşlar DİN-in qaynar xəttinə zəng vurduqlarından polis əməkdaşları ora gəlmiş, onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq özlərinin maşınları ilə onlarla bərabər polis şöbəsinə könüllü olaraq getmişdir. Hesab edir ki, onun əməlində barəsində tərtib olunmuş protokol əsasında AR İXM-in 535.1-ci maddəsinin tərkibi yoxdur. Çünki, o polis əməkdaşlarının tələblərinə dərhal əməl etmiş, onlara qarşı heç bir hörmətsizlik etməmişdir. Buna baxmayaraq onu əsassız olaraq Polis Şöbəsində saxlamışlar. Ona görə də ədalət naminə onun barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qismində dindirilən Tərtər RPŞ-in İTB-in sahə rəisi X3 izahatında göstərmişdir ki, Şəxs əvvəllər tanımamışdır, barəsində protokol tərtib edən vaxtdan tanıyır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, Şəxs barəsində ona təqdim olunmuş raport və material əsasında protokol tərtib etmişdir. Şəxs barəsində protokol tərtib edən zaman o özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək protokola imza etməkdən imtina etmişdir. Polis əməkdaşı Ülvi Məmmədov eyni zamanda onu da qeyd etmişdir ki, əməliyyat qrupunda olduğundan 15 aprel 2025-ci il tarixdə saat təxminən 15:00 radələrində Azərbaycan Respublikası AQTA-nin Qarabağ RİB-in əməkdaşları Şəxs fərdi sahibkar kimi fəaliyyət göstərdiyi yeməkxanada monotorinq keçirən zaman Şəxs onlara narazılığını bildirmiş, bunun müqabilində həmin əməkdaşlar DİN-in 102 xidmət mərkəzinin qaynar xəttinə zəng vurduqlarından polis əməkdaşları ilə barəbər Şəxs iş yerinə getmişlər. Bu barədə Şəxs izahatının alınması üçün RPŞ-nə dəvət olunmuş, Şəxs da könüllü qaydada heç bir etirazını bildirmədən könüllü qaydada onlarla bərabər onların maşınları ilə Polis Şöbəsinə getmişdir. Həmin vaxt Şəxs polis əməkdaşı kimi onların qanuni tələblərinə tabe olmuş, onlara qarşı heş bir hörmətsizlik etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-də əməliyyat müvəkkili işləyən X5 izahatında göstərmişdir ki, Şəxs əvvəllər tanımamışdır, barəsində raport tərtib edən vaxtdan tanıyır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, Şəxs barəsində DİN-in 102 xidmət mərkəzinin qaynar xəttinə şikayət daxil olduğundan bununla bağlı Şəxs iş yerində olmuş raportla polis rəisinə məlumat və izahat vermişdir. İzahatını təsdiq edərək bir daha bildirir ki, əməliyyat qrupunda olduğundan 15 aprel 2025-ci il tarixdə saat təxminən 15:00 radələrində Azərbaycan Respublikası AQTA-nin Qarabağ RİB-in əməkdaşları Şəxs fərdi sahibkar kimi fəaliyyət göstərdiyi yeməkxanada monotorinq keçirən zaman Şəxs onlara narazılığını bildirmiş, bunun müqabilində həmin əməkdaşlar DİN-in 102 xidmət mərkəzinin qaynar xəttinə zəng vurduqlarından polis əməkdaşları ilə barəbər Şəxs iş yerinə getmişlər. Bu barədə Şəxs izahatının alınması üçün RPŞ-nə dəvət olunmuş. Şəxs da könüllü qaydada heç bir etirazını bildirmədən könüllü qaydada onlarla bərabər onların maşınları ilə Polis Şöbəsinə getmişdir. Həmin vaxt Şəxs polis əməkdaşı kimi onların qanuni tələblərinə tabe olmuş, onlara qarşı heş bir hörmətsizlik etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası AQTA-nin Qarabağ RİB-in baş məsləhətçisi X2 izahatında göstərmişdir ki, 15 aprel 2025-ci il tarixdə saat təxminən 15:00 radələrində Azərbaycan Respublikası AQTA-nin Qarabağ RİB-in digər əməkdaşları ilə bərabər Şəxs fərdi sahibkar kimi fəaliyyət göstərdiyi yeməkxanada monotorinq keçirən zaman Şəxs onlara narazılığını bildirmiş, bunun müqabilində əməkdaşlardan AR DİN-in 102 xidmət mərkəzinin qaynar xəttinə zəng vurduqlarından polis əməkdaşları Şəxs iş yerinə gəlmişlər. Bu barədə Şəxs izahatının alınması üçün RPŞ-nə dəvət olunmuş, Şəxs da heç bir etirazını bildirmədən könüllü qaydada onlarla bərabər onların maşınları ilə Polis Şöbəsinə getmişdir. Həmin vaxt Şəxs polis əməkdaşıın qanuni tələblərinə qəsdən tabe olmamasını və polis əməkdaşlarına qarşı hörmətsizlik etməsini görməmişdir. Polis əməkdaşları Şəxs fərdi sahibkar kimi fəaliyyət göstərdiyi yeməkxanaya gələndə orada olmuşdur. Təsdiq edir ki, Şəxs polis əməkdaşlarının onların qanuni tələblərinə tabe olmuş, onlara qarşı heş bir hörmətsizlik etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını, şahidlərin ifadələrini, habelə digər iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tələblərini pozması və inzibati xəta törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, iş materialları, yəni kifayət qədər mötəbər sübutlarla, özünün və şahid ifadələri ilə təkzib edilmişdir. Bu hal isə Şəxs əməlində inzibati məsuliyyətin olmasını istisna edir. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar, barəsində protokol tərtib edilmiş Şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. İş materiallarından da görünür ki, şahid qismində dindirilmiş Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır və onun ifadəsinin sübut növü kimi qəbul edilməsi əsaslı sayıla bilməz. Əldə edilmiş sübutlar isə prosessual qaydalara əməl edilmədən əldə olunduğu üçün mötəbərliyi şübhə doğurur və şəxsin təqsirli hesab edilməsinə kifayət etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Bununla da məhkəmə belə inamlı nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs İlhasm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar