Məhkəmə qərarları › İş №3(061)-299/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-299/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-299/2025 21.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X5 qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Tərtər rayonunun Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Tərtər rayonunun Sarıcalı kəndində yaşayan Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 21 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş 21 04.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:20 radələrində Tərtər RPŞ-nin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdı. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Şəxs Tərtər RPŞ-nin TBdə olan materialın icrası ilə bağlı təhqiqatçı tərəfindən Tərtər rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Şöbədə olarkən Şəxs ucadan səs-küy salıb nalayiq ifadələr işlətmiş, onu nizamintizama dəvət edən polisin qanuni tələbinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən raport əsasında onun barəsində 21 04.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs həmin protokolla tanış olmuş, heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs qismində dindirilən Şəxs izahatında bildirmişdir ki, Tərtər RPŞ-nin TB-də olan materialın icrası ilə bağlı təhqiqatçı tərəfindən Tərtər rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Şöbədə olarkən əsəbi olduğu üçün ucadan səs-küy salıb nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, onlara məhəl qoymayaraq qanuni tələblərinə tabe olmamışdır. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonradan səhv etdiyini başa düşmüş, polis əməkdaşlarından üzr istəmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ TB-nin təhqiqatçısı X7 izahatında bildirmişdir ki, icraatında olan material üzrə izahatının alınması üçün Şəxs xx.xx.2025-ci il tarixdə Tərtər rayon Polis Şöbəsinə dəvət etmişdir. Şöbədə olarkən Şəxs ucadan səs-küy salıb nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət edib sakitləşdirməyə çalışsa da, Şəxs onun tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Ona görə də barəsində qanuni tədbir görülməsi üçün şöbənin rəhbərliyinə raportla müraciət etmişdir. İzahatı alındıqdan sonra Rahib İmanlı barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs sonradan ondan üzr istəmişdir. İşdə olan Tərtər RPŞ TB-nin təhqiqatçısı X7 tərəfindən Tərtər RPŞ-nin rəisi Elçin Qasımovun adına yazılmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində icraatında olan HK-1/688 və 689 saylı materialın icrası ilə əlaqədar olaraq Tərtər RPŞ-yə dəvət olunduğunu, orada olan zaman yüksək səslə danışaraq ucadan ünvansız nalayiq ifadələr işlətdiyini, aparılan araşdırmaya kobud surətdə mane olduğunu, iş ahəngini pozmağa başladığını, onu dəfələrlə nizam-intizama dəvət etməsinə baxmayaraq qeyri-etik hərəkətlərinə davam edib qanuni tələblərinə qəsdən tabe olmadığını göstərərək, barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş 21 04.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 19:20 radələrində Tərtər RPŞ-nin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. X8 həmin protokolla razılaşaraq heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. Onun əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 20:00-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, inzibati xəta törətmiş şəxsin və şahidin zahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, X8 xx.xx.2025-ci il tarixdə saat 19:20 radələrində Tərtər RPŞ-də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, X4 əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə töfsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə iilə tövsif edir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X4 əməlindən peşiman olmasını, sonradan polis əməkdaşlarından üzr istəməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, X4 ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilən özünün izahatı ilə yanaşı, şahidin zahatı və barəsində tərtib edilən tədqiq edilən inzibati xəta haqqında protokolun və işin digər materiallarının məcmusu ilə tam sübuta yetirilmişdir. Ona görə də X8 həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə X4 yuxarıda qeyd edilən qanuna zidd əməllərini nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə inzibati həbs etmənin əvvəli məsələsini müzakirə edərək hesab edir ki, X4 inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 20:00-da tutulduğu göstərildiyindən inzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il saat 20:00dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. HAKİM: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar