Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-3/2025 21.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X3 qızının katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında protokol və ona əlavə edilmiş materiala 21 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi 12 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsinə lazımı qaydada məlumat verilsə də, nümayənddəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Tərtər şəhəri, H.Əliyev prosspektində yerləşən “Deko Home” obyektinin fasadında müvafiq icazə sənədi olmadan reklam yerləşdirilməsinə görə onun barəsində Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsassız olmuş və onun iştirakı olmadan tərtib edilmişdir. Belə ki, onun adına heç bir obyekt yoxdur, nə də ki, fiziki şəxs kimi (VÖEN) fəaliyyət göstərmir. Vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2024-cü ildən dayandırılmışdır. Sözügedən “Deko Home” mebel salonu ona məxsus deyildir. Həmin obyekt Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********6, qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən X2 məxsusdur. O, heç bir yerdə, o cümlədən Tərtər şəhəri, H.Əliyev prosspektində yerləşən “Deko Home” mebel salonunun fasadında hər haansı bir reklam yerləşdirməmişdir. Ona görə də barəssində olaan işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli yazılı göstərişdən görünür ki, ona məxsus olan obyektin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilmiş reklamın dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 05 gün müddətində Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə müüraciət etməsi tələb olumuş, əks halda barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət ediləcəyi barəddə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Tərtər şəhəri, H.Əliyev prosspektində yerləşən “Deko Home” obyektinin fasadında müvafiq icazə sənədi olmadan reklam yerləşdirilməsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola üzərində “Deko Home” mebel sözləri yazılmış obyektin fotoşəklili əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********6, qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışdan görünür ki, Tərtər şəhəri, H.Əliyev prospekti, 43-də yerləşən qeyri-yaşayış binası X1 tam mülkiyyətindədir. İşdə olan 11 saylı Ərazı Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli uçota dair arayışdan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən Şəxs sahibkarlıq və ya digər vergi tutulan əməliyatları xx.xx.2024-cü il tarixdən xx.xx.2074-cü il tarixədək dayandırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatından, tədqiq edilən inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Tərtər şəhəri, H.Əliyev prosspektində yerləşən “Deko Home” mebel salonunun fasadında müvafiq icazə sənədi olmadan reklam yerləşdirilməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolun tərtibi zamanı Şəxs iştirakı təmin edilməmiş, nə də ki, “Deko Home” mebel salonunun Şəxsa məxsus olmasına və həmin obyektdə məhz Şəxs tərəfindən reklam yerləşddirilməsinə dair hər hansı bir sübut əlavə edilməmişdir. Məhkəmə araşdırması zamanı Tərtər şəhəri, H.Əliyev prosspektində yerləşən “Deko Home” mebel salonunun Şəxsa məxsus olması və həmin obyektdə məhz Şəxs tərəfindən reklam yerləşddirilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Tərtər şəhəri, H.Əliyev prosspektində yerləşən “Deko Home” mebel salonunun Şəxs məxsus olması, o cümlədən həmin obyektdə məhz Şəxs tərəfindən reklam yerləşdirilməsi müəyyən olunmadığından, yəni iddia olunan inzibati xətanın Şəxs aidiyyəti sübut olunmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(061)-3/2025 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №3(061)-3/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-3/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver