Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-31/2025 07.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs işdirakı ilə xx.xx.1981-ci ildə Ağdam rayonu Şotlanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, deməsinə görə məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Yuxarı Sarıcalı kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o qanunsuz metal qəbulu ilə məşğul olması ilə əlaqədar polis əməkdaşları ona dəfələrlə qanuni tədbir görməsinə baxmayaraq o, qanunsuz fəaliyyəti ilə məşğul olaraq polis əməkdaşlarının qanuni tələbinə əməl etməmişdir. Məhkəmə iclası zamanı Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilmədi və göstərdi ki, təxminən 5-6 ay olar ki, tullantı metal qəbulu ilə məşğuldur. Ona qanunsuz metal qəbulu ilə bağlı dəfələrlə polis əməkdaşları tərəfindən xəbərdarlıq edilsə də o ailə vəziyyəti zəif olduğuna görə metal qəbulu ilə məşğul olmuşdur. O polis əməkdaşlarının qanunin tələbinə tabe olduğunu bildirmişdir. Məhkəmədən barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidməti ərazisi olan Tərtər rayon Yuxarı Sarıcalı kənd ərazisində qanunsuz olaraq metal qəbulu ilə məşğul olan Şəxs fəaliyyət göstərdiyi obyektə gedərək qanunsuz fəaliyyətinə son qoymağına dəfələrlə qanuni xəbərdarlıq edilməsinə və barəsində dəfələrlə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə qanuni tədbir görülməsinə baxmayaraq Şəxs qanunsuz fəaliyyətinin davam etdirilməsi tərəfindən aşkar edilmişdir. Şəxs onun qanuni tələbinə qəsdən tabe olmayaraq qanunsuz fəaliyyəti ilə məşğul olmağa davam etmiş və ona edilmiş xəbərdarlıqdan nəticə çıxarmamışdır. Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını, şahid ifadəsini, habelə digər iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tələblərini pozması və inzibati xəta törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, iş materialları, yəni kifayət qədər mötəbər sübutlarla, özünün və şahid ifadəsi ilə təkzib edilmişdir. Bu hal isə Şəxs əməlində inzibati məsuliyyətin olmasını istisna edir. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar, barəsində protokol tərtib edilmiş Şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. İş materiallarından da görünür ki, şahid qismində dindirilmiş Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır və onun ifadəsinin sübut növü kimi qəbul edilməsi əsaslı sayıla bilməz. Əldə edilmiş sübutlar isə prosessual qaydalara əməl edilmədən əldə olunduğu üçün mötəbərliyi şübhə doğurur və şəxsin təqsirli hesab edilməsinə kifayət etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Bununla da məhkəmə belə inamlı nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48- 50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-31/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-31/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver