Məhkəmə qərarları › İş №3(061)-311/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-311/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-311/2025 02.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş və daxil olmuş 21 aprel 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 15:25 radələrində inzibati xəta haqqında icraatın başlanması haqqında qərardad üzrə toplanmış operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı, xx.xx.2025-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı və xx.xx.2025-ci il tarixli, seriya DVX № 001557 aktı və alınmış izahat əsasında İXM-in 398-ci maddəsinin tələbləri pozulmaqla 180 manat gəlir əldə etdiyi müəyyən edilmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də 21 aprel 2025-ci il tarixdə Şəxs barəsində MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarinda olan Şəxs (VÖEN **********) məxsus obyektdə xx.xx.2025-ci il tarixdə operativ vergi nəzarətinin həyata keçirilmişdir. İş materiallarinda olan Şəxs (VÖEN **********) məxsus obyektdə xx.xx.2025-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın surətindən görünür ki, yoxlama aparılmışdır. İş materiallarinda olan Şəxs (VÖEN **********) məxsus obyektdə xx.xx.2025-ci il tarixdə lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında akt tərtib olunmuşdur. İş materiallarinda olan 21 aprel 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixdə saat 15:25-də imzibati xəta haqqında icraatın başlanması haqqında qərardad üzrə toplanmış operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı, xx.xx.2025-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı və xx.xx.2025-ci il tarixli, seriya DVX № 001557 aktı və alınmış izahat əsasında İXM-in 398-ci maddəsinin tələbləri pozulmaqla 180 manat gəlir əldə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasına, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslarina bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspert rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Maddə 398-ci maddəsinə əsasən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, yəni Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görəinzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin digər əlamətlərini ehtiva edən (hərəkət və hərəkətsizliyi) törənmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. İnzibati xəta haqqında materiala əlavə olunmuş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs lisenziya tələb olunduğu halda belə lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, nəticədə 180 manat gəlir əldə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində əldə edilmiş 180 (yüz səksən) manat gəlirin iki misli, yəni 360 (üç yüz altmış) manat miqdarda cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar