Məhkəmə qərarları › İş №3(061)-312/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-312/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-312/2025 06.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1967-ci il tarixdə Tərtər rayonu Buruc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Buruc kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 398–ci maddəsi ilə təqsirləndirilməsinə dair daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:35 radələrində Şəxs Tərtər şəhəri H.Əliyev prospektində yerləşən obyektdə xüsusi razılıq (lisenziya) olmadan baytarlıq məmulatlarının satışı ilə məşğul olduğu müəyyən edilmişdir. Onun barəsində protokol tərtib olunmuş, müəyyən edilmişdir ki, Şəxs 200 manat gəlir əldə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 398-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Şəxs əməli özünün etiraf edici ifadəsi, barəsində tərtib olunmuş protokol və protokola əlavə olunmuş sənədlərlə tam təsdiqini tapmışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta haqqında protokol üzrə tam təqsirli bilərək izahatında göstərdi ki, həqiqətən Tərtər şəhəri H.Əliyev prospektində yerləşən obyektdə xüsusi razılıq (lisenziya) olmadan baytarlıq məmulatlarının satışı ilə məşğul olduğu müəyyən edilmişdir. Onun barəsində protokol tərtib olunmuşdur. Hazırda onun barəsində yazılmış protokol üzrə cərimə məbləğini tam şəkildə dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən Şəxs izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında təqdim etdiyi Azərbaycan Respublikası Mərkəzi X1 görünür ki, Şəxs dövlət büdcəsinə 300 manat ödəniş etmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində protokol tərtib edildikdən protokol əsasında qeyd olunan məbləği tam şəkildə dövlət büdcəsinə ödəniş etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.0.10–cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar